• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Kamaləddin Qafarov: “İşğal zamanı Ağdam böyük dağıntılara məruz qalmışdı”

  

Kamaləddin Qafarov: “İşğal zamanı Ağdam böyük dağıntılara məruz qalmışdı”

Tarix : 20-11-2025, 09:21 Kateqoriya :---
Kamaləddin Qafarov: “İşğal zamanı Ağdam böyük dağıntılara məruz qalmışdı”
 
“Torpaqlarımızın 20%-ni işğal altında saxladıqları 30 ilə yaxın müddət ərzində erməni vandalları zəbt etdikləri bütün şəhər və kəndlərimizdə olmazın dağıntılar törətmiş, tarixi-mədəni abidələrimizi məhv etmiş, ölkəmizin təbii sərvətlərini talayaraq Ermənistana daşımışlar. Lakin bütün bunlara rəğmən, məhz Ağdam şəhəri daha böyük miqyasda dağıntılara məruz qoyulmağı ilə diqqəti xüsusi olaraq cəlb edir”.
 
Bunları 20 noyabr Ağdam Şəhəri Günü ilə bağlı mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
 
O, bildirib ki, Vətən müharibəsindən sonra, artıq azad edilmiş Ağdama gələn xarici jurnalistlər buranı “Qafqazın Xirosiması” adlandırmışlar. “Hətta təxmini hesablamalara görə Erməni işğalı nəticəsində Ağdama 13 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan dəyib. Ağdam şəhəri, onun qədim keçmişin şahidi olan çox sayda tarixi abidələri, mədəniyyət, memarlıq nümunələri düşmən tərəfindən vəhşicəsinə dağıdılıb.”
 
Millət vəkili ermənilərin zəbt etdikləri ərazilərdə beynəlxalq konvensiyaların prinsiplərinə zidd əməllər törətmələrindən də bəhs edib: “Nə qədər qəribə səslənsə də, Ağdamın işğal faktı ilə bağlı dünya ictimaiyyəti ilk baxışda yekdil mövqe ifadə etmişdi. ATƏT-in Minsk qrupunun 9 ölkəsi adından bu “hücum qətiyyətlə pislənmiş”, “işğal olunmuş ərazilərdən qoşunların çıxarılmasına çağırış edilmişdi”. BMT-nin Təhlükəsizlik Şurasının 1993-cü il 29 iyul tarixində qəbul etdiyi 853 saylı qətnamədə isə “işğalçı qüvvələrin Ağdam rayonu və digər işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması” tələb edilirdi. Lakin bütün bu tələblər sadəcə kağız üzərində idi. Reallıqda isə, Ermənistan tərəfi beynəlxalq qanunlara tabe olmaqdan yayınır, beynəlxalq təşkilatlar da rəsmi İrəvanı buna məcbur etmirdilər. Cəzasızlıq mühitindən arxayınlaşan Ermənistan Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini də kobud şəkildə pozaraq, Ağdam rayonunda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllər törədirdi. Bütün bunlara baxmayaraq, beynəlxalq təşkilatlar bu cinayətlərin qarşının alınması üçün uzun illər ərzində bircə əməli addım belə atmadılar. Sonda Azərbaycan özü 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Qələbəsi ilə həm torpaqlarının işğalına son qoydu, həm də BMT Qətnamələrinin icrasını təmin etdi. O cümlədən, 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli Bəyanatın şərtlərinə uyğun olaraq 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verildi. Bununla da əsaslı şəkildə insan tələfatının qarşısı alındı. Bu gün isə Ağdam digər azad olunmuş şəhərlərimiz kimi, yenidən qurulur və özünün əsl sahiblərini yenidən qarşılamağa hazırlaşır”.
Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni

    Prezidentin Çin telekanalına müsahibəsinin - Tam ...

    26-04-2025, 14:36

  • Nəsimi Nəsibov: Azərbaycanın Humanitar Siyasətinin Güclü Sütunu – Mehriban xanım Əliyeva

    Nəsimi Nəsibov: Azərbaycanın Humanitar ...

    27-08-2025, 23:56

  • Eminov Mehman: Azərbaycanın Humanitar Siyasətinin Güclü Sütunu – Mehriban xanım Əliyeva

    Eminov Mehman: Azərbaycanın Humanitar Siyasətinin ...

    29-08-2025, 10:02

  • İlham Əliyev və To Lam mətbuata birgə bəyanatla çıxış ediblər - YENİLƏNİB

    İlham Əliyev və To Lam mətbuata birgə bəyanatla ...

    7-05-2025, 21:08



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Xəbər arxivi

Dekabr 2025 (51)
Noyabr 2025 (203)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.