• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Yeni Azərbaycan Partiyası – dövlətçilik məfkurəmizin sütunudur

  

Yeni Azərbaycan Partiyası – dövlətçilik məfkurəmizin sütunudur

Tarix : 19-11-2025, 00:21 Kateqoriya :---

Yeni Azərbaycan Partiyası – dövlətçilik məfkurəmizin  sütunudur


Bizim yolumuz xalqın yoludur, müstəqilliyin, dövlətçiliyin və inkişafın yoludur. Yeni Azərbaycan Partiyası (YAP) müasir Azərbaycan dövlətçiliyinin formalaşmasında həlledici rol oynamış siyasi təşkilatdır. 1992-ci il 21 noyabrda yaranan Yap, Azərbaycanın o dövrkü siyasi, sosial və iqtisadi böhranından çıxışı təmin edən ümummilli hərəkatın nəticəsi idi. Xalqın tələbi ilə siyasi səhnəyə qayıdan Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan bu partiya qısa zamanda ictimai etimad qazandı. Partiyanın artıq ilk gündən əsas məqsədi Azərbaycanın müstəqilliyini möhkəmləndirmək, dövlət quruculuğunu təmin etmək, təhlükəsizliyi, sabitliyi və inkişafı reallaşdırmaq idi. YAP dövlətçilik məfkurəsi üzərində qurulmuş, milli-mənəvi dəyərlərə söykənən, demokratik prinsipləri dəstəkləyən siyasi təşkilat kimi fəaliyyət göstərir. Onun əsas məqsədləri Azərbaycan dövlətçiliyinin qorunması və möhkəmləndirilməsi, Siyasi sabitlik və təhlükəsizliyin təmin edilməsi, Sosial-iqtisadi inkişafın sürətləndirilməsi, Cəmiyyətin rifah halının yüksəldilməsi, habelə, Qarabağın və işğal olunmuş bütün ərazilərin azadlığı uğrunda mübarizə, Gənclərin siyasi fəallığının artırılması uğrunda çalışmaq, Dövlət maraqlarının beynəlxalq arenada müdafiəsidir. YAP həmçinin milli həmrəyliyi, sosial ədaləti və qanunun aliliyini əsas dayaqları kimi qəbul etmişdir. 1993-cü ildən başlayaraq YAP Azərbaycan dövlətinin bütün tarixi dönüş anlarında ön cəbhədə olmuşdur. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkənin dağılmaq təhlükəsi aradan qaldırıldı, sabitlik və inkişafın təməli qoyuldu. Bu dövrdən başlayaraq,konstitusiyamız qəbul edildi, neft strategiyamız formalaşdırıldı, “Əsrin müqaviləsi” imzalandı, iqtisadi islahatlar həyata keçirildi, xarici sərmayələr ölkəyə cəlb olundu, güclü ordu quruculuğu başlandı. Hansı ki Azərbaycanı qələbəyə aparan yolu oldu.
2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP yeni inkişaf mərhələsinə qədəm qoydu. Bu dövrdə isə, Azərbaycan regionun aparıcı dövlətinə çevrildi, nəhəng infrastruktur layihələri həyata keçirildi,sosial proqramlar genişləndi, diaspor və xarici siyasət gücləndirildi, ordumuz ən yüksək səviyyəyə qaldırıldı. Bununla da Vətən müharibəsində tarixi Zəfər qazanıldı. Bu nailiyyətlərin hamısı YAP-ın siyasi kursunun davamlılığı və dövlətçilik ənənəsinin qorunması ilə mümkün oldu.Yeni Azərbaycan Partiyasının ən böyük gücü xalqla birliyindədir. Partiyanın yaranması da, yüksəlişi də, qələbələri də xalqın etimad və dəstəyi ilə baş tutmuşdur. YAP öz fəaliyyətində həmişə vətəndaşın problemini, haqqını, rifahını prioritet saymış, minlərlə insanın sosial məsələlərinin həllində iştirak etmişdir.
Yap həmçinin, qarşıdakı illərdə ölkənin inkişaf strategiyasını daha da gücləndirmək üçün bir sıra hədəflər müəyyən etmişdir, bunlara, 2040–cı ilədək iqtisadi inkişaf strategiyasının həyata keçirilməsi, Qarabağın tam bərpası və Böyük Qayıdışın sürətləndirilməsi, rəqəmsal dövlət və süni intellekt layihələrinin genişləndirilməsi, gənclərin dövlət idarəçiliyində daha fəal iştirakı, sosial rifahın daha da yüksəldilməsi, enerji, nəqliyyat və logistika sahələrində regional liderliyin möhkəmləndirilməsi, yaşıl enerji zonalarının genişləndirilməsi (Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda) aiddir. Bu planlar partiyanın gələcəyə inamla baxdığını və Azərbaycanın XXI əsrin aparıcı ölkələrindən birinə çevrilməsi yolunda ardıcıl siyasət yürütməyə davam etdiyini göstərir. Yeni Azərbaycan Partiyası Azərbaycanın müstəqillik tarixinin əsas siyasi dayaqlarından biridir. Dövlətin qurulması, qorunması və inkişafı prosesində YAP həm tarixi missiya yerinə yetirmiş, həm də gələcək nəsillər üçün sabit, güclü və irəliyə gedən Azərbaycan modeli formalaşdırmışdır. Bu gün YAP təkcə bir siyasi partiya deyil, o, dövlətçilik məktəbi, milli həmrəyliyin simvolu, qalib Azərbaycanın ideoloji dayağıdır.
“Azərbaycanın gələcəyi güclü dövlətçilikdə, milli birliyimizdə və xalq–hakimiyyət vəhdətindədir.”

Bakı Qızlar Universiteti tələbəsi
Sevinc Hüseyinova
Nəsimi rayon gənci

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • DİLİN İŞIĞINI QORUMAQ

    DİLİN İŞIĞINI QORUMAQ ...

    31-07-2025, 14:58

  • Səttar Möhbalıyev: Yeni Azərbaycan Partiyası dünənin məsuliyyəti, bu günün gücü, gələcəyin zəmanətidir

    Səttar Möhbalıyev: Yeni Azərbaycan Partiyası ...

    18-11-2025, 10:22

  • Sədaqət və mərhəmətin təcəssümü – Tibb bacısı Sevinc Hümbətova

    Sədaqət və mərhəmətin təcəssümü – Tibb bacısı ...

    12-05-2025, 12:26

  • Nəsimi Nəsibov: Azərbaycanın Humanitar Siyasətinin Güclü Sütunu – Mehriban xanım Əliyeva

    Nəsimi Nəsibov: Azərbaycanın Humanitar ...

    27-08-2025, 23:56



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Xəbər arxivi

Dekabr 2025 (51)
Noyabr 2025 (203)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.