• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Özbəkistan Azərbaycan üçün qardaş ölkə və etibarlı müttəfiqdir

  

Özbəkistan Azərbaycan üçün qardaş ölkə və etibarlı müttəfiqdir

Tarix : 18-11-2025, 12:58 Kateqoriya :---

Özbəkistan Azərbaycan üçün qardaş ölkə və etibarlı müttəfiqdir

13 noyabr 2025-ci ildə cənab prezident İlham Əliyev Özbəkistanın milli informasiya agentliyi UzA ilə müsahibə verib. Müsahibə iki ölkə arasında mövcud münasibətlərin dərinliyini və gələcək perspektivlərini əks etdirən mühüm siyasi hadisə kimi dəyərləndirilir. Müsahibədə dövlət başçısı həm Azərbaycan–Özbəkistan əməkdaşlığının strateji mahiyyətini, həm də regional əməkdaşlığın əhəmiyyətini xüsusi vurğuladı. Bu müsahibə göstərdi ki, Özbəkistan Azərbaycan üçün yalnız dost ölkə deyil, həm də qardaş dövlət və etibarlı müttəfiqdir.
Cənab prezident İlham Əliyev müsahibənin əvvəlində Azərbaycan və Özbəkistan arasındakı əlaqələrin tarixi, mədəni və mənəvi köklərinə toxundu. O bildirib ki, xalqlarımızı birləşdirən ortaq dil, mədəniyyət, etnik yaxınlıq və qədim tarixi miras bu münasibətləri xüsusi və sarsılmaz edir. Dövlət başçısının sözlərinə görə, iki ölkənin dostluğu sadəcə diplomatik müstəvidə deyil, həm də xalqlar arasındakı qardaşlıq duyğularına söykənir.
Prezident, həmçinin Ümummilli lider Heydər Əliyevə Özbəkistanda göstərilən yüksək hörmətə görə minnətdarlığını bildirib və bu münasibətin xalqlar arasında mehribanlıq ənənələrini daha da gücləndirdiyini vurğulayıb.
Müsahibənin ən geniş hissələrindən biri iqtisadi əlaqələrə həsr olunub. Cənab president İlham Əliyev bildirdi ki, iki ölkə arasında iqtisadi və ticarət əməkdaşlığı sürətlə yüksəlir. Bu gün Azərbaycanda 120-dən artıq özbək kapitalı ilə fəaliyyət göstərən şirkət mövcuddur və onlar sənaye, kənd təsərrüfatı, nəqliyyat və tikinti kimi sahələri əhatə edir.
2025-ci ilin ilk doqquz ayında iki ölkə arasında ticarət dövriyyəsinin 319 milyon ABŞ dollarına çatması iqtisadi əlaqələrin genişlənməsinin real göstəricisidir. Bununla yanaşı, 2023-cü ildə yaradılmış və kapitalı 500 milyon dollar olan Azərbaycan–Özbəkistan İnvestisiya Şirkəti böyük regional layihələrin icrasında aktiv rol oynayır.
Energetika sahəsində əməkdaşlıq da Azərbaycan–Özbəkistan tərəfdaşlığının önəmli istiqamətlərindəndir. SOCAR-ın Özbəkistana neft məhsulları ixrac etməsi, iki ölkə arasında enerji texnologiyaları üzrə birgə müəssisələrin yaradılması, xüsusilə bərpa olunan enerji sahəsində layihələr əlaqələrin strateji mahiyyətini daha da gücləndirir.
Prezident İlham Əliyevin UzA agentliyinə müsahibəsi Azərbaycan–Özbəkistan münasibətlərinin yeni inkişaf mərhələsinə daxil olduğunu təsdiqləyir.

Bakıxanov qəsəbəsi, 107 nömrəli tam orta ümumtəhsil məktəbinin
direktoru Kəmalə Məmmədova

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • DİLİN İŞIĞINI QORUMAQ

    DİLİN İŞIĞINI QORUMAQ ...

    31-07-2025, 14:58

  • AZƏRBAYCAN DİLİNİN TARİXİ TƏRƏNNÜMÜNDƏ HEYDƏR ƏLİYEVİN ERUDUSİYASI

    AZƏRBAYCAN DİLİNİN TARİXİ TƏRƏNNÜMÜNDƏ HEYDƏR ...

    22-04-2025, 17:42

  • Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni

    Prezidentin Çin telekanalına müsahibəsinin - Tam ...

    26-04-2025, 14:36

  • Səttar Möhbalıyev: "Prezident İlham Əliyevin UzA-ya müsahibəsi Azərbaycan–Özbəkistan strateji müttəfiqliyinin yeni siyasi arxitekturasıdır"

    Səttar Möhbalıyev: "Prezident İlham Əliyevin ...

    15-11-2025, 10:34



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Xəbər arxivi

Dekabr 2025 (51)
Noyabr 2025 (203)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.