• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Ağdamda indi dövlət bayrağımız qürurla dalğalanır

  

Ağdamda indi dövlət bayrağımız qürurla dalğalanır

Tarix : 14-11-2025, 14:42 Kateqoriya :---

Ağdamda indi dövlət bayrağımız qürurla dalğalanır

Ağdam rayonu 8 avqust 1930-cu ildə yaradılıb. Sahəsi 1154 kvadrat km olan rayonun relyefi əsasən düzənlik,qismən dağlıqdır. Ağdam rayonu Azərbaycanın qədim,füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində Kür-Araz ovalığının qərbində yerləşir.Gözəl Qarabağın ürəyi sayılan Ağdamın qədim tarixi abidələri minillik keşməkeşli illərdən keçərək bu günə qədər gəlib çatmışdır.
1988-ci ilin son aylarında Ermənistandan və daha sonra isə Dağlıq Qarabağdan qovulub çıxarılan on minlərlə azərbaycanlı məhv Ağdam rayonuna gətirilmişdi.1993 -cü il iyulun 4 -də erməni qüvvələri artilleriya ilə Ağdamı bombalamış,şəhərin əksər hissəsini məhv etmişdilər və bunun nəticəsində əsgərlər və mülki vətəndaşlar şəhərdən evakuasiya olundu. 23 iyul 1993-cü il tarixində Ermənistan ordusu tərəfindən Ağdam şəhəri işğal olundu.
1994-cü il may ayının 12-dək davam edən hərbi təcavüz nəticəsində isə ermənilər Ağdam rayonunun 77,4 faizini işğal etməyə nail oldular.Ağdamın müdafiəsi uğrunda gedən qanlı döyüşlərdə minlərlə insan şəhid olmuş,fiziki şikəstlik qazanmış və 126 min nəfərdən artıq ağdamlı öz doğma ev-eşiyindən didərgin düşmüşdür.
Müstəqil Azərbaycanın qurucusu, Ümummilli Liderimiz Heydər Əliyev siyasi hakimiyyətə qayıtdıqdan sonra ağdamlılarla keçirdiyi hər bir görüşündə onların bir gün doğma yurdlarına qayıdacaqlarına inam hissi yaradırdı. Ulu Öndər ağdamlılarla görüşü zamanı demişdir: “Ağdam rayonu o vaxt bizim ən varlı rayonlarımızdan biri idi. Çünki Ağdamın çox gözəl torpağı var, çox gözəl təbiəti var, çox fədakar, zəhmətkeş insanları var. Ağdam Azərbaycanın inkişafında çox böyük rol oynamışdır. Ağdamdan olan insanlar Azərbaycanın elmini, mədəniyyətini inkişaf etdirmişlər. Azərbaycanın dövlət orqanlarının yaradılmasında, inkişaf etdirilməsində fəal iştirak etmişlər. Bu da həm ağdamlıların sərvətidir, həm də bütün Azərbaycan xalqının sərvətidir”.
2020 -ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüquq normalarını yenidən kobud sürətdə pozaraq,müxtəlif növ silahlardan o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutmaqla növbəti hərbi təxribatı törətdilər.Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən əks-hücum əməliyyatları başlandı.
Azərbaycan Respublikasının suverənliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz,arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdilər. 44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Şuşanı işğaldan azad etmişdir.
Bununla Ermənistan öz məğlubiyyətini etiraf etmişdir. 2020-ci il noyabrın 10-da imzalanan Azərbaycan Respublikasının Prezidentinin,Ermənistan Respublikasının baş nazirinin və Rusiya Federasiyası Prezidentinin bəyanatı ilə müharibə Azərbaycanın qələbəsi ilə nəticələnmişdir. Ermənistan Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur olmuşdur.
2020-ci il noyabrın 23-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunmuş Ağdam şəhərində olublar.Dövlət başçısı Azərbaycanın üçrəngli bayrağını qaldırıb. 27 ildən sonra işğaldan azad olunan Ağdamda indi dövlət bayrağımız qürurla dalğalanır.

Hazırda Ağdamda bərpa-yenidənqurma işləri aparılır, yeni infrastruktur qurulur, şəhər dirçəldilir. Bu gün Ağdam həm də minalarla ən çox çirkləndirilən ərazilərimizdən biridir. Ağdam sürətlə minalardan təmizlənir. Həyata keçirilən tədbirlər tam əminlik yaradır ki, keçmişdə “Qafqaz Xirosiması” adlandırılan Ağdam yaxın zamanda “Qafqazın cənnəti”nə çevriləcək və dünya üçün örnək olacaq. Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən hər il noyabrın 20-si Ağdam şəhəri günü kimi təntənəli şəkildə qeyd olunacaq. Ağdam bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Altun İbrahimov – YAP Sabunçu rayon təşkilatının məsləhətçisi, Vətən müharibəsi iştirakçısı

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Ağdamın Azərbaycanın ən qədim torpaqlarından biridir

    Ağdamın Azərbaycanın ən qədim torpaqlarından ...

    14-11-2025, 14:43

  • Ağdam Azərbaycan xalqının tarixi yaddaşı, milli qürur mənbəyi və dirçəliş simvoludur

    Ağdam Azərbaycan xalqının tarixi yaddaşı, milli ...

    14-11-2025, 14:32

  • Ağdam şəhəri həm tarixi, həm mədəni, həm də strateji baxımdan Azərbaycanın əvəzsiz incilərindən biridir

    Ağdam şəhəri həm tarixi, həm mədəni, həm də ...

    14-11-2025, 14:41

  • Gözəl Ağdam rayonu 1930-cu ildə yaradılıb

    Gözəl Ağdam rayonu 1930-cu ildə yaradılıb ...

    14-11-2025, 14:33

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Xəbər arxivi

Dekabr 2025 (51)
Noyabr 2025 (203)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.