• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Ölkədə həyata keçirilən islahatların əsasında vətəndaşlara xidmət dayanır

  

Ölkədə həyata keçirilən islahatların əsasında vətəndaşlara xidmət dayanır

Tarix : 14-11-2025, 12:48 Kateqoriya :---

Ölkədə həyata keçirilən islahatların əsasında vətəndaşlara xidmət dayanır

12 noyabr 2025-ci il tarixində Prezident İlham Əliyevin Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsinə və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçılara ünvanladığı tapşırıqlar, regional inkişafın sürətləndirilməsi və yerli idarəetmənin keyfiyyətinin yüksəldilməsi üzrə dövlət siyasətinin əsas prioritetlərini müəyyənləşdirir. Bu tapşırıqlar qətiyyətli tələblər şəklində irəli sürülür və ölkədə idarəetmə sisteminin daha səmərəli qurulmasına xidmət edir. Prezidentin çıxışının ana xəttini şəffaflığın artırılması, vətəndaş məmnuniyyətinin təminatı, yerli idarəetmədə korrupsiyaya qarşı amansız mübarizə və regional iqtisadi potensialın tam reallaşdırılması təşkil etmişdir.
Ölkədə həyata keçirilən islahatların və yeniləşmə prosesinin əsasında vətəndaşlara xidmət və vətəndaş müraciətlərinə həssas münasibət dayanır. Hər bir dövlət qurumunun fəaliyyətinin aynası hesab olunan bu işin daha dərin fəlsəfəsi vətəndaş məmnuniyyəti və müvafiq sahədə həyata keçirilən dövlət siyasətinin verdiyi imkanlardan insanların bəhrələnməsinin təmin olunmasıdır. Dövlət başçısı vətəndaşlara və onların problemlərinə daim böyük qayğı və diqqətlə yanaşaraq çıxışlarında bu məsələləri ön plana çəkir, vətəndaşların qayğı və problemlərinə xüsusi diqqətlə yanaşmağı tələb edir, dövlət və vətəndaş arasında münasibətin və qarşılıqlı etimadın əyani vasitəsi olan vətəndaş müraciətlərinə baxılmasında şəffaflığın və nəzarətin gücləndirilməsinə xüsusi önəm verir. Məmur-vətəndaş münasibətlərinin şəffaflığı, məmurların öz fəaliyyətlərində vətəndaş məmnunluğunu əsas hədəf kimi müəyyənləşdirməsi həm respublikada ümumi uğurun təminatıdır, həm də sabitliyin güclənməsinə xidmət edən vacib amillərdən biridir.
Azərbaycan Prezidenti məmur-vətəndaş münasibətlərində, xalqla ünsiyyətdə öz şəxsi keyfiyyətləri və nümunəvi davranışı ilə ən mükəmməl örnək olmaqla yanaşı, haqlı olaraq dövlət idarəçiliyindəki hər kəsdən də bunu tələb edir. Daim öz xalqının yanında olmaq, onun çətinliklərinə, problemlərinə həssaslıqla yanaşıb onların operativ həlli istiqamətində əsas tədbirlər görmək Prezident İlham Əliyevin iş üslubuna çevrilib.
Bu gün Prezident yeni kadr islahatları ilə həm də məmur-vətəndaş münasibətləri sahəsindəki irəliləyişlərin, müsbət tendensiyaların yüksələn dinamika üzrə davamını təmin edir. Ancaq təbii ki, inkişaf yolumuz qüsurlardan da xali deyil, bəzən məmur - vətəndaş münasibətləri sferasında fərdi müstəvidə müəyyən nöqsanlar gözə çarpır. Bununla bağlı da Prezident İlham Əliyev öz prinsipial mövqeyini hər zaman ortaya qoyur və bəzən yekəxanalığa yol verən, təkəbbür sərgiləyən məmurlarla bağlı vaxtaşırı lazımi tədbirləri görülür. Prezident İlham Əliyev yeni rəhbərlərə sərt mesaj verərək, dövlət vəzifələrinin şəxsi maraqlara xidmət etməsinin qarşısının alınması üçün qətiyyətli olacağını bəyan etdi.

Nəcibə Hüseynova-Sabunçu rayon Mərkəzləşmiş Kitabxana sisteminin direktoru

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni

    Prezidentin Çin telekanalına müsahibəsinin - Tam ...

    26-04-2025, 14:36

  • DİLİN İŞIĞINI QORUMAQ

    DİLİN İŞIĞINI QORUMAQ ...

    31-07-2025, 14:58

  • Bizim dövlətçilik ənənəmiz gənclərin yenilik ruhu ilə möhkəmlənməlidir

    Bizim dövlətçilik ənənəmiz gənclərin yenilik ruhu ...

    14-11-2025, 12:34

  • Azərbaycanın hər bir guşəsində dövlət siyasətinin məqsədi vətəndaşın rifahıdır

    Azərbaycanın hər bir guşəsində dövlət siyasətinin ...

    14-11-2025, 12:38



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Xəbər arxivi

Dekabr 2025 (51)
Noyabr 2025 (203)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.