• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Göydəniz Qəhrəmanov: “Dövlət idarəçilik fəlsəfəsinin əsas proritetləri məsuliyyət, şəffaflıq və sosial ədalət prinsipləridir ”

  

Göydəniz Qəhrəmanov: “Dövlət idarəçilik fəlsəfəsinin əsas proritetləri məsuliyyət, şəffaflıq və sosial ədalət prinsipləridir ”

Tarix : 13-11-2025, 15:11 Kateqoriya :---

Göydəniz Qəhrəmanov: “Dövlət idarəçilik fəlsəfəsinin əsas proritetləri məsuliyyət, şəffaflıq və sosial ədalət prinsipləridir  ”


“Bu gün dövlət xidmətində olan hər bir şəxs öz fəaliyyətində xalqa xidmət prinsiplərini rəhbər tutmalı, ümumi məqsədə – dövlətin inkişafına xidmət etməlidir. Ölkə Prezidenti cənab İlham Əliyev noyabrın 12-də etdiyi çıxışında ilk növbədə məhz bu mesajı yeni rəhbər vəzifələrə təyin olunan şəxslərin diqqətinə çatdırdı. Bu mesaj artıq təkcə inzibati tapşırıq kimi deyil, yeni dövlət düşüncəsinin manifesti kimi səsləndi. Dövlət başçısının “böyük etimad böyük məsuliyyət tələb edir” fikri əslində müasir dövrün idarəçilik fəlsəfəsinin mahiyyətini açır. Artıq məmur davranışına, onun mənəvi simasına və cəmiyyət qarşısında məsuliyyətinə qarşı qoyulan tələblər daha da yüksəlib. Xalqla bir yerdə olmaq, onun dərdini, qayğısını bölüşmək və hər addımı ədalət prinsiplərinə əsaslanaraq atmaq hər bir vəzifəli şəxsin əsas fəaliyyət meyarı olmalıdır. Cənab Prezident İlham Əliyev öz çıxışında şəffaf idarəçiliyin və təmiz kadr siyasətinin təmin edilməsinin vacibliyini xüsusi vurğulamaqla bir daha açıq şəkildə bəyan etdi ki, qanunsuz hərəkətlərə, korrupsiyaya, harın məmur davranışına dözümlülük göstərilməyəcək. “Əyri yola gedən hər bir dövlət məmuru nəticədə qanun qarşısında cavab verir və verəcək” ifadəsi, əslində, dövlətin prinsipial mövqeyini nümayiş etdirir. Son illərdə aparılan kadr islahatları nəticəsində mərkəzi və yerli idarəetmə orqanlarında şəffaflıq, məsuliyyət və hesabatlılıq mühiti formalaşıb. Dövlət başçısının “artıq sizə heç kim qanunsuz tapşırıq verməyəcək” fikri bir daha göstərir ki, dövlət sistemi köklü şəkildə təmizlənib və bu gün hər bir rəhbər şəxs yalnız qanun və vicdan qarşısında məsuliyyət daşıyır. Dövlətlə cəmiyyət arasında məhz bu əsaslar üzərində formalaşan etimadın möhkəmlənməsi ölkənin hər bölgəsində inkişafın və rifahın əsas dayağına çevrilib.”

Bu fikirləri aia.az-a açıqlamasında millət vəkili Göydəniz Qəhrəmanov səsləndirib.

Deputat dövlət başçısının çıxışında diqqət çəkən mühüm istiqamətlərdən birinin də regionların davamlı inkişafı və sosial rifahın təmin olunması məsələlərinin olduğunu vurğulayıb: “Cənab Prezident İlham Əliyev bölgələrdə aparılan infrastruktur layihələrinin miqyasını və nəticələrini konkret faktlarla göstərdi – elektrik, yol, içməli su, sosial obyektlər, yeni suvarma sistemləri, məktəblər, xəstəxanalar. Bütün bunlar təkcə dövlət siyasətinin deyil, həm də xalqın rifahına yönəlmiş uğurlu liderlik fəlsəfəsinin nümunəsidir. Dövlət başçısının vurğuladığı kimi, bu mərhələdə əsas prinsip sosial ədalətin qorunması və hər bir vətəndaşın inkişaf prosesində payının təmin edilməsidir. Cənab Prezident eyni zamanda, məşğulluq məsələlərinə, yerli sahibkarlığın stimullaşdırılmasına və ekoloji tarazlığın qorunmasına xüsusi diqqət yetirərək regionların gələcək inkişaf modelini müəyyənləşdirdi. Dövlət başçısının çıxışı bir daha təsdiqlədi ki, Azərbaycanda idarəetmənin mərkəzində insan amili dayanır və xalqa xidmət, ədalət, şəffaflıq və məsuliyyət prinsipləri üzərində qurulan müasir dövlət idarəçiliyi artıq ölkəmizin gələcəyini müəyyən edən başlıca qüvvəyə çevrilib” – deyə, Göydəniz Qəhrəmanov fikirlərini tamamlayıb.

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • Səttar Möhbalıyev: "Prezident İlham Əliyevin yeni təyinatlarla verdiyi mesaj məmur məsuliyyəti və dövlət idarəçiliyinin keyfiyyət mərhələsidir"

    Səttar Möhbalıyev: "Prezident İlham Əliyevin ...

    13-11-2025, 09:42

  • Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni

    Prezidentin Çin telekanalına müsahibəsinin - Tam ...

    26-04-2025, 14:36

  • Eltun Süleymanov: "Müasir dövrdə dövlətə sədaqət yalnız sözlə deyil, əməl və xidmətlə sübut olunur"

    Eltun Süleymanov: "Müasir dövrdə dövlətə ...

    13-11-2025, 10:33

  • Suqovuşanda yaşayış kompleksi istifadəyə verilib - YENİLƏNİB

    Suqovuşanda yaşayış kompleksi istifadəyə verilib ...

    19-03-2025, 09:00



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Xəbər arxivi

Dekabr 2025 (50)
Noyabr 2025 (203)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.