• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Səttar Möhbalıyev: Ali Baş Komandan cənab İlham Əliyevin paraddakı çıxışı Zəfər gününün ruhunu bütün dərinliyi ilə ifadə etdi.

  

Səttar Möhbalıyev: Ali Baş Komandan cənab İlham Əliyevin paraddakı çıxışı Zəfər gününün ruhunu bütün dərinliyi ilə ifadə etdi.

Tarix : 10-11-2025, 14:57 Kateqoriya :---
Səttar Möhbalıyev: Ali Baş Komandan cənab İlham Əliyevin paraddakı çıxışı Zəfər gününün ruhunu bütün dərinliyi ilə ifadə etdi.
 
Noyabrın 8-də Bakının Azadlıq meydanı bir daha Azərbaycan tarixinin ən parlaq səhifəsinə çevrildi. Beş il öncə — 2020-ci ildə əldə olunan Böyük Zəfərin ildönümündə keçirilən Hərbi parad həm dövlətin qüdrətini, həm də xalqın milli qürurunu təcəssüm etdirirdi. Bu parad artıq sadəcə bir hərbi güc nümayişi deyil, həm də siyasi sabitliyin, müstəqilliyin və azad iradənin möhtəşəm simvolu idi. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin çıxışı isə həmin günün ruhunu bütün dərinliyi ilə ifadə etdi. “Biz – bu torpaqların sahibləri Qarabağa, Şərqi Zəngəzura qayıtmışıq və bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq.”
 
Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
 
Fikirlərini davam etdirən millət vəkili bildirib ki, paradda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı Azərbaycan diplomatiyasının ən böyük uğurlarından biri kimi dəyərləndirilə bilər. Bu, yalnız dostluq nümayişi deyil, həm də yeni geosiyasi reallığın təntənəsidir.
 
Cənab Prezident İlham Əliyev bunu xüsusi vurğuladı: “Bu gün bizim paradda əziz qardaşım, Türkiyə Cümhuriyyətinin cümhurbaşqanı hörmətli Rəcəb Tayyib Ərdoğan iştirak edir. Müharibə zamanı onun “Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır deməsi bütün dünyaya çox ciddi mesaj idi.” Bu sözlər təkcə bir təşəkkür deyil, 2020-ci ildə başlanmış yeni regional təhlükəsizlik modelinin siyasi bəyannaməsi idi. Eyni zamanda Pakistan hərbçilərinin Azadlıq meydanında yürüşü üç qardaş ölkənin birliyinin strateji dərinliyini göstərdi. Cənab Prezidentin sözləri bu mənzərəni daha aydın göstərdi: “Bu, üç ölkənin – Azərbaycan, Türkiyə, Pakistan xalqlarının, ordularının birliyinin təzahürüdür.” Beləliklə, Bakı paraddakı bu beynəlxalq həmrəyliklə yeni bir regional güc oxunu — Türk və İslam həmrəyliyini — praktik şəkildə dünyaya nümayiş etdirdi. Cənab Prezidentin çıxışında ən çox səslənən məqam “ədalətin bərpası” ideyası idi. “Beləliklə, ərazi bütövlüyümüzü, tarixi ədaləti, beynəlxalq hüququ və milli ləyaqətimizi biz özümüz bərpa etdik.” Bu fikir dövlət başçısının beş illik Qələbə dövrünə verdiyi ən dolğun siyasi qiymətdir. Azərbaycanın Qarabağ üzərində suverenliyinin təmin olunması təkcə hərbi nailiyyət deyil, həm də beynəlxalq hüququn real qüvvəyə çevrildiyi nadir nümunədir. Əslində, bu Zəfər 30 illik beynəlxalq ədalətsizliyə verilən cavab idi. Cənab Prezidentin çıxışında 1990-cı illərin faciələri, işğal, Xocalı soyqırımı, qaçqınlıq acısı bir-bir xatırlanaraq bugünkü qalibiyyətlə müqayisə edildi. Bu, tarixin ədalətli nizamının bərpası idi. Cənab Prezident İlham Əliyevin nitqində “xalq-iqtidar birliyi” ideyası Zəfərin mənəvi dayağı kimi təqdim olundu: “Azərbaycanda ictimai-siyasi sabitlik tam bərqərar olmuşdur. Vətəndaş həmrəyliyi, xalq-iqtidar birliyi əsas amillərdən biridir.” Bu birlik modeli Azərbaycanın dövlətçilik konsepsiyasının bünövrəsidir. Qələbə təkcə ordunun deyil, xalqın, millətin, bütün siyasi institutların birgə əzminin nəticəsi kimi təqdim olundu. Xüsusilə, gənclərin qəhrəmanlığına verilən dəyər nitqin emosional və ideoloji zirvəsi idi: “Biz gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmişik və bizim gənclərimiz 44 gün ərzində öz sinələrini qabağa verərək tarixi torpaqlarımızı azad etdilər.” Bu cümlə Zəfərin davamlılığını təmin edən milli ideologiyanın əsasını təşkil edir. Cənab Prezident İlham Əliyevin çıxışında artıq yeni tarixi mərhələnin – “Böyük Qayıdış” dövrünün əsas istiqamətləri də bəyan edildi: “Bu gün isə Qarabağ və Şərqi Zəngəzur dirçəlir. Artıq 60 mindən çox insan azad edilmiş torpaqlarda yaşayır, çalışır və təhsil alır.” Bu, 44 günlük müharibədən sonrakı beş ilin mahiyyətini müəyyənləşdirən çağırışdır. Artıq silahların səsi susub, inşaat texnikalarının səsi yüksəlir. Hərbi Zəfəri indi iqtisadi və sosial qələbələr tamamlayır. Paradın fonunda təqdim olunan bu konsept “Zəfərdən Quruculuğa” ideyasının canlı təcəssümüdür.
 
Millət vəkili onu da bildirdi ki, cənab Prezident İlham Əliyevin nitqi ritorik baxımdan da olduqca dərin qurulmuşdu. Hər cümlə həm tarixə söykənir, həm gələcəyə işıq tutur. Nitqin finalı isə artıq xalqın şüarına çevrilmiş sarsılmaz ideyanı bir daha səsləndirdi: “Qarabağ Azərbaycandır!” Bu iki kəlmə beş illik müzəffər yolun, üç əsrlik milli mübarizənin yekunudur. Bu gün Azadlıq meydanında səslənən hər bir söz təkcə keçmişin xatirəsi deyil, gələcəyin siyasi bəyannaməsidir. Azərbaycan artıq “qalib xalq” statusunu yalnız fəxrlə deyil, məsuliyyətlə daşıyır. Bu məsuliyyətin təməlində cənab Prezident İlham Əliyevin sözlərindəki bir strateji cümlə dayanır: “Əminəm ki, bundan sonra Azərbaycan xalqı qəhrəman, müzəffər xalq kimi, Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaqdır.” Bu çıxış həm dövlətin özünə inamının, həm də xalqın birliyinin ən yüksək səviyyədə ifadəsidir. Bu günkü parad Azadlıq meydanında dalğalanan bayrağın, əbədi azadlıq ideyasının və Azərbaycanın müzəffər dövlət kimliyinin təntənəsidir-deyə Səttar Möhbalıyev fikrini tamamlayıb.
Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • Nazim Məmmədov: Milli qürurumuz, kimliyimiz olan üçrəngli Bayrağımız

    Nazim Məmmədov: Milli qürurumuz, kimliyimiz olan ...

    9-11-2025, 23:56

  • Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni

    Prezidentin Çin telekanalına müsahibəsinin - Tam ...

    26-04-2025, 14:36

  • Zəfərin qüruru- Azərbaycan xalqının əbədiləşmiş tarixi

    Zəfərin qüruru- Azərbaycan xalqının əbədiləşmiş ...

    5-11-2025, 12:43

  • Eminov Mehman: Azərbaycanın Humanitar Siyasətinin Güclü Sütunu – Mehriban xanım Əliyeva

    Eminov Mehman: Azərbaycanın Humanitar Siyasətinin ...

    29-08-2025, 10:02



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Xəbər arxivi

Dekabr 2025 (50)
Noyabr 2025 (203)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.