Fakt Sübut » Hər il 12 noyabr tarixində Azərbaycan Respublikası Konstitusiya Günü qeyd olunur

Hər il 12 noyabr tarixində Azərbaycan Respublikası Konstitusiya Günü qeyd olunur. Bu əlamətdar gün, müstəqil Azərbaycanın hüquqi və siyasi tarixində mühüm dönüş nöqtəsi olan 1995-ci il noyabrın 12-də qəbul edilmiş Konstitusiyanın xatirəsinə həsr olunub.
Müstəqillik əldə edildikdən sonra, hüquqi dövlət quruculuğunun əsasını qoymaq məqsədilə yeni Konstitusiyanın hazırlanması zəruri oldu. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan layihə 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edildi və həmin ilin noyabrın 27-də qüvvəyə mindi.
1995-ci il Konstitusiyası müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkənin tarixində dördüncü Konstitusiyasıdır. Bu sənəd Azərbaycan xalqının dövlətçilik iradəsini, hüquqi prinsiplərə sadiqliyini və demokratik dəyərlərə olan bağlılığını əks etdirir.
Konstitusiya Günü rəsmi bayram olmasa da, ölkədə hüquqi maarifləndirmə tədbirləri, konfranslar, seminarlar və məktəblərdə xüsusi dərslərlə qeyd olunur. Bu gün həm də gənc nəslin hüquqi biliklərinin artırılması və dövlətçilik ruhunun gücləndirilməsi baxımından mühüm rol oynayır.
Prezident İlham Əliyev Konstitusiyanı Azərbaycanın dövlətçiliyinin təməl sütunu kimi qiymətləndirir və onun müddəalarının həyata keçirilməsini daim diqqət mərkəzində saxlayır. 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi də bu yanaşmanın bariz nümunəsidir. Dövlət başçısı bu qərarı ilə həm Konstitusiyanın qəbulunun 30-cu ildönümünü, həm də Vətən müharibəsində əldə olunan tarixi qələbənin 5-ci ildönümünü qeyd etməklə, milli suverenliyin və hüquqi dövlət quruculuğunun əhəmiyyətini bir daha vurğulamışdır.
Prezidentin sərəncamında qeyd olunur ki, “Azərbaycan Respublikası xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla addımlayır.
69 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi Aygül Allahverdiyeva
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.
19-06-2025, 12:06
31-07-2025, 14:58
10-06-2025, 12:02
22-04-2025, 17:42
27-08-2025, 23:56