• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Bu gün Qubadlıya həyat qayıdır

  

Bu gün Qubadlıya həyat qayıdır

Tarix : 23-10-2025, 12:10 Kateqoriya :---

Bu gün Qubadlıya həyat qayıdır Qubadlı – qəhrəmanlıq və yenidən dirçəlişin simvolu 25 oktyabr Azərbaycan xalqı üçün xüsusi önəm daşıyan tarixdir. Məhz bu gün, 2020- ci ildə Qubadlı şəhəri Müzəffər Ali Baş Komandan cənab prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz tərəfindən işğaldan azad edilmişdir. Cənab prezident İlham Əliyevin dediyi kimi: “Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı.” Qubadlı rayonu Azərbaycanın cənub-qərbində, Qarabağ yaylasının cənub-şərqində yerləşir. Uzun illər ərzində düşmən tərəfindən işğal altında qalan bu qədim diyar erməni vandalları tərəfindən dağıdılmış, kəndlər viran edilmiş, tarixi abidələrimiz məhv edilmişdi. Rəsmi İrəvanın qanunsuz məskunlaşma siyasəti nəticəsində Qubadlının təbii və tarixi siması dəyişdirilməyə çalışılmışdı. Lakin 2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu igidliyi, xalqımızın birliyi və dövlətimizin siyasi iradəsi sayəsində Qubadlı tamamilə azad olundu. Bu zəfər təkcə torpaqlarımızın geri alınması deyil, həm də ədalətin, milli qürurumuzun bərpası idi. Azadlıqdan sonra Qubadlının yeni inkişaf tarixi başlandı. Cənab prezident İlham Əliyevin rəhbərliyi ilə Qubadlıda geniş quruculuq və bərpa işləri aparılır, yeni yollar, məktəblər, infrastruktur layihələri həyata keçirilir. 23 dekabr 2020-ci ildə cənab prezident İlham Əliyevin Qubadlıya səfəri zamanı ucaldılan Azərbaycan bayrağı bu torpaqlarda əbədi azadlığın və suverenliyin rəmzinə çevrildi. Bu gün Qubadlıya həyat qayıdır. Doğma yurduna dönən insanlar evlərini, kəndlərini, torpaqlarını sevgi ilə bərpa edirlər. Qubadlı şəhəri günü – 25 oktyabr, artıq təkcə bir tarix deyil, həm də milli qürur və qələbə simvoludur.
Bakıxanov qəsəbəsi, 107 nömrəli tam orta ümumtəhsil məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Aynura Səfərova

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • Oktyabrın 25-də - Vətən müharibəsinin 29-cu günündə isə Azərbaycan Ordusu Qubadlı şəhərini və Qubadlı rayonunun daha bir neçə kəndini işğaldan qurtardı

    Oktyabrın 25-də - Vətən müharibəsinin 29-cu ...

    23-10-2025, 12:00

  • Qubadlının işğaldan azad edilməsi tarixi hadisədir

    Qubadlının işğaldan azad edilməsi tarixi hadisədir ...

    23-10-2025, 12:12

  • Qubadlı – Azadlığa qovuşan doğma torpaq

    Qubadlı – Azadlığa qovuşan doğma torpaq ...

    23-10-2025, 12:04

  • Suqovuşanda yaşayış kompleksi istifadəyə verilib - YENİLƏNİB

    Suqovuşanda yaşayış kompleksi istifadəyə verilib ...

    19-03-2025, 09:00



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Xəbər arxivi

Noyabr 2025 (60)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.