• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Vaşinqton sazişi Azərbaycanın qlobal sülh təşəbbüslərində lider rolunu möhkəmləndirir

  

Vaşinqton sazişi Azərbaycanın qlobal sülh təşəbbüslərində lider rolunu möhkəmləndirir

Tarix : 29-09-2025, 10:38 Kateqoriya :---

Vaşinqton sazişi Azərbaycanın qlobal sülh təşəbbüslərində lider rolunu möhkəmləndirir Vaşinqton 2025 Sazişi həm regional, həm də beynəlxalq kontekstdə Azərbaycan üçün strateji əhəmiyyətə malikdir. ABŞ kimi böyük gücün vasitəçiliyi ilə imzalanmış bu sənəd Azərbaycanın diplomatik çəkisinin artdığını göstərir və Cənubi Qafqazda yeni mərhələnin başlanğıcını qoyur. BMT Baş katibinin bu sazişi “tarixi nailiyyət” kimi qiymətləndirməsi Azərbaycanın təşəbbüskar mövqeyinin beynəlxalq miqyasda rəsmən təsdiqi deməkdir.
Avropa dövlətlərinin, xüsusilə Finlandiya və Yunanıstanın bu prosesi yüksək dəyərləndirməsi Azərbaycanın artıq yalnız regional deyil, qlobal təhlükəsizlik gündəliyinə təsir göstərən aktor olduğunu nümayiş etdirir. Bu, Azərbaycanın sülh prosesinin əsas memarı kimi tanınması ilə yanaşı, Avropa İttifaqı ölkələri ilə siyasi və iqtisadi əməkdaşlıq imkanlarını daha da genişləndirir: "Eyni zamanda, səfər çərçivəsində ABŞ-ın böyük investisiya şirkətləri ilə keçirilən görüşlər, Xəzər Biznes Forumunda 10 milyard dollarlıq müqavilələrin bağlanması ölkəmizin iqtisadi gücünün sülh təşəbbüsləri ilə paralel şəkildə inkişaf etdiyini göstərir. Azərbaycan bu gün həm enerji, həm də maliyyə resursları ilə beynəlxalq tərəfdaşlıqlarda etibarlı ölkə imicini möhkəmləndirir.
Vaşinqton Sazişi Azərbaycanın regiondakı nüfuzunu daha da artırmaqla yanaşı, qlobal sülh və təhlükəsizliyə verdiyi töhfənin də rəsmən tanınmasına şərait yaratdı. Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan beynəlxalq arenada həm siyasi, həm iqtisadi, həm də diplomatik güc mərkəzi kimi qəbul olunur. Azərbaycanın həyata keçirdiyi xarici siyasət kursu həm düzgün, həm də praqmatikdir. Bu siyasət milli maraqlara əsaslanmaqla yanaşı, eyni zamanda regional sabitlik və beynəlxalq əməkdaşlığa da töhfə verir.
Cənab Prezidentin beynəlxalq tribunadan verdiyi mesajlar bir daha sübut etdi ki, Azərbaycan yalnız region daxilində deyil, qlobal miqyasda da etibarlı tərəfdaş kimi tanınır. Ölkənin enerji təhlükəsizliyinə verdiyi töhfələr, nəqliyyat və logistika layihələri, iqlim dəyişiklikləri ilə mübarizə sahəsində təşəbbüsləri beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaradaraq, bölgənin gələcəyini müəyyənləşdirən əsas aktorlardan birinə çevrilmişdir.

Namiq Muradov - YAP Sabunçu rayon təşkilatının fəal üzvü

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • İlham Əliyev və To Lam mətbuata birgə bəyanatla çıxış ediblər - YENİLƏNİB

    İlham Əliyev və To Lam mətbuata birgə bəyanatla ...

    7-05-2025, 21:08

  • Nəsimi Nəsibov: Azərbaycanın Humanitar Siyasətinin Güclü Sütunu – Mehriban xanım Əliyeva

    Nəsimi Nəsibov: Azərbaycanın Humanitar ...

    27-08-2025, 23:56

  • Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni

    Prezidentin Çin telekanalına müsahibəsinin - Tam ...

    26-04-2025, 14:36

  • Eminov Mehman: Azərbaycanın Humanitar Siyasətinin Güclü Sütunu – Mehriban xanım Əliyeva

    Eminov Mehman: Azərbaycanın Humanitar Siyasətinin ...

    29-08-2025, 10:02



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Xəbər arxivi

Noyabr 2025 (50)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.