• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Səttar Möhbalıyev: Bakı Təhlükəsizlik Forumu qlobal təhdidlərə qarşı birgə cavab platformasıdır

  

Səttar Möhbalıyev: Bakı Təhlükəsizlik Forumu qlobal təhdidlərə qarşı birgə cavab platformasıdır

Tarix : 22-09-2025, 10:15 Kateqoriya :---
Səttar Möhbalıyev: Bakı Təhlükəsizlik Forumu qlobal təhdidlərə qarşı birgə cavab platformasıdır
 
Cənab Prezident İlham Əliyevin “Terrorçu hücumlar və silahlı münaqişələr zamanı humanitar böhranların və qlobal xarakterli texnogen fəlakətlərin qarşısının alınmasında təhlükəsizlik orqanlarının qarşılıqlı fəaliyyəti” mövzusunda beynəlxalq konfrans iştirakçılarına müraciəti bir daha göstərir ki, müasir dünyada təhlükəsizlik konsepsiyası artıq təkcə sərhədlərin qorunması ilə məhdudlaşmır. Əksinə, yeni çağırışlar – terrorizm, dini ekstremizm, kibertəhdidlər, transmilli cinayətkarlıq, narkotik qaçaqmalçılığı və qanunsuz miqrasiya – dövlətlərin sərhədlərini asanlıqla aşaraq qlobal miqyas alır. Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi: “Bütün bunlar dövlətləri qlobal xarakter daşıyan təhdidlərlə üz-üzə qoyur.”
 
Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
 
Fikirlərini davam etdirən millət vəkili bildirib ki, Bakı Təhlükəsizlik Forumunun unikal platforma olması göz qabağındadır. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, “Bakı Təhlükəsizlik Forumu qlobal və regional təhdid və risklərin müəyyənləşdirilməsi, onların neytrallaşdırılması yollarının araşdırılması baxımından unikal formata malik beynəlxalq tədbirdir.” Forum dünyanın bütün qitələrindən gələn təhlükəsizlik və kəşfiyyat qurumlarını bir araya gətirir, qlobal risklərin neytrallaşdırılması yollarını müzakirə edir və qarşılıqlı etimad mühitində əməkdaşlıq üçün imkanlar yaradır. Cənab Prezidentin sözləri ilə desək: “Foruma olan marağın ildən-ilə artması müzakirəyə çıxarılan mövzuların vacibliyini əyani şəkildə əks etdirir.” Bu reallıq onu göstərir ki, Bakı artıq yalnız regionun deyil, həm də dünyanın təhlükəsizlik gündəmini müəyyənləşdirən mərkəzlərdən birinə çevrilib. Müraciətdə xüsusi olaraq diqqətə çatdırılan amillərdən biri də sürətlə dəyişən dünyanın doğurduğu yeni təhdidlərdir. Müxtəlif bölgələrdə silahlı toqquşmalar humanitar fəlakətlərə, ekoloji və texnogen böhranlara səbəb olur. Bununla yanaşı, beynəlxalq müstəvidə terrorçu təşkilatların fəallaşması və kibertəhlükələrin artması qlobal sülhə ciddi zərbə vurur. Cənab Prezident İlham Əliyev haqlı olaraq bildirir: “Şübhəsiz, müasir dövrün bu cür problemlərinin həlli yeni yanaşmaların, yeni vasitələrin tətbiqini, ən əsası isə ölkələrin birgə səylərini və sıx əməkdaşlığını tələb edir.” Burada iki əsas məqam önə çıxır. Azərbaycan müstəqillik əldə etdiyi ilk gündən beynəlxalq tərəfdaşlığı dəstəkləyib. Cənab Prezident İlham Əliyev vurğulayır: “Biz inanırıq ki, sabitliyə və firavanlığa yalnız dialoq və tərəfdaşlıq yolu ilə nail olmaq mümkündür.” Cənubi Qafqazda təhlükəsizlik və sülhün bərqərar olması təkcə region üçün deyil, həm də Avropa, Yaxın Şərq və Mərkəzi Asiya üçün strateji önəm daşıyır.
 
Millət vəkili onu da bildirib ki, cənab Prezident müraciətində mühüm bir məqama da diqqət çəkib: “2025-ci ilin avqust ayının 8-də Vaşinqtonda ABŞ-nin şahidliyi ilə Azərbaycan ilə Ermənistan arasında Birgə Bəyannamə imzalanmışdır.” Bu sənəd uzun illər davam edən münaqişəyə son qoyulması və sülh müqaviləsinə aparan yolun açılması baxımından tarixi hadisədir. Cənab Prezident İlham Əliyevin sözlərinə görə: “Cənubi Qafqazda əmin-amanlığın tam təmin olunması təkcə bizim region üçün deyil, eləcə də Mərkəzi Asiya, Yaxın Şərq və Avropa üçün yeni əməkdaşlıq imkanları yaradacaqdır.” Bu isə bir tərəfdən regionun iqtisadi inkişafına, digər tərəfdən isə beynəlxalq təhlükəsizliyin möhkəmlənməsinə xidmət edəcəkdir. Azərbaycanın təşəbbüsü ilə Bakı Təhlükəsizlik Forumunun Təşkilat Komitəsi və Katibliyinin yaradılması, Forumun hər il keçirilməsinin təmin edilməsi, Bəyannamə və yeni təşəbbüslərin qəbul olunması bu platformanın institutlaşdığını göstərir. Cənab Prezident İlham Əliyev bəyan edir: “Azərbaycan Təşkilat Komitəsinin işinin koordinasiyası funksiyasını öz üzərinə götürərək Bakı Təhlükəsizlik Forumuna öz dəstəyini verməyə davam edəcəkdir.” Bu, Bakını beynəlxalq təhlükəsizlik siyasətinin dayanıqlı diplomatik mərkəzinə çevirir. Cənab Prezident İlham Əliyevin müraciəti bir daha təsdiqləyir ki, Azərbaycan təkcə regional deyil, həm də qlobal təhlükəsizlik müstəvisində fəal rol oynayır. Dövlət başçısı əminliklə bildirir: “Əminəm ki, bugünkü müzakirələr səmərəli olacaq və konfransda səsləndiriləcək təhlillər və tövsiyələr daha təhlükəsiz bir gələcəyin formalaşmasına əhəmiyyətli töhfələr verəcəkdir.” Bakı Təhlükəsizlik Forumu dünya ölkələrinə ümumi təhdidlərə qarşı vahid mövqedən çıxış etmək, təcrübə mübadiləsi aparmaq və birgə fəaliyyət planları hazırlamaq imkanı verir. Ən əsası isə, bu Forum Azərbaycanın beynəlxalq imicinə əlavə dəyər qatmaqla yanaşı, dövlətimizin sülh, sabitlik və təhlükəsizlik mərkəzi kimi rolunu möhkəmləndirir-deyə Səttar Möhbalıyev fikirlərini tamamlayıb. .
Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Eltun Süleymanov: " Bakı Təhlükəsizlik Forumu dünyanın sabaha inamının paytaxtına çevrilir"

    Eltun Süleymanov: " Bakı Təhlükəsizlik ...

    22-09-2025, 10:17

  • Təhlükəsizlikdir! - Bizi qoruyanlar 106 yaşında

    Təhlükəsizlikdir! - Bizi qoruyanlar 106 yaşında ...

    28-03-2025, 09:50

  • TDT-nin qeyri-rəsmi Zirvə görüşündə Bəyannamə imzalanıb

    TDT-nin qeyri-rəsmi Zirvə görüşündə Bəyannamə ...

    21-05-2025, 17:17

  • “Mirəşrəf Mirsultanov – Əsgərabad kəndində fədakarlığın, xidmətin və vətənpərvərliyin rəmzi”

    “Mirəşrəf Mirsultanov – Əsgərabad kəndində ...

    26-08-2025, 11:16



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Xəbər arxivi

Noyabr 2025 (60)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.