Fakt Sübut » Dövlət Suverenliyi Günü - Azərbaycanın mövcudluğunun və institusional davamlılığının əsası
Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilmədi. Azərbaycan 1991-ci ildə müstəqilliyini elan etməklə dövlət suverenliyini bərpa etdi, çünki suverenlik hakimiyyətin ali xüsusiyyətini ifadə edir, sovetlər dövründə isə hakimiyyət ali xüsusiyyətdən məhrum idi. Suverenlik dövlətin mövcudluğunun hüquqi əsası və onun beynəlxalq hüququn subyektinə çevrilməsinin başlıca şərti kimi çıxış edir. Başqa cür desək, dövləti təşkil edən ərazi, əhali və siyasi hakimiyyət kimi obyektiv amillər hüquqi müstəvidə nəzərə alınır. Lakin bu atributları özündə ehtiva edən hər-hansı siyasi varlığın dövlət qurması üçün mütləq şəkildə suverenlik xüsusiyyətinə malik olması qaçılmaz şərtdir. Suverenlik dövlətin mövcudluğunun və institusional davamlılığının əsas şərti kimi çıxış edir.
Suveren dövlət beynəlxalq hüquqda ali hakimiyyəti təmsil edən, özünün daxili və xarici siyasətində tamamilə müstəqil olan, başqa dövlətin hakimiyyətindən asılı olmayan və hansısa bir coğrafi ərazidə suverenliyi olan dövlətdir. Həmçinin suveren dövlət müasir dövlət anlamına gəlir. Əgər bu gün kimsə “müasir dövlət” terminini işlədirsə bu, siyasi müstəvidə suveren dövləti ifadə edir. Çünki bəşəriyyətin hazırkı yaşam tərzi məhz suveren dövlətin meydana çıxmasından sonraya təsadüf edir və onun mahiyyətindən qaynaqlanır. Suveren dövlətin meydana çıxması ilə suveren dövlətlər sistemi yaranıb və müasir beynəlxalq münasibətlər təşəkkül tapıb.
Suverenliyin müasir dövrdə tam qavranılması ona daha geniş prizmadan yanaşmanı tələb edir. Suverenliyin klassik mahiyyəti sual altına alınmır. Bugünkü dövrün reallıqları kontekstində yeni yanaşmalar onun mahiyyətini daha da gücləndirir. Ermənistanın ölkəmizin ərazilərini işğal etməsi Azərbaycanın müəyyən ərazisi üzərində daxili suverenliyini, yəni ali hakimiyyətin tətbiqi sferasını məhdudlaşdırdı. Başqa cür desək, suveren ali hakimiyyətin dövlətin müəyyən ərazisi daxilində tətbiqinə maneə törətdi. Lakın bu işğal Azərbaycanın beynəlxalq hüquqi suverenliyinə heç bir təsir göstərmədi. Nəticə etibarilə Azərbaycanın işğal altında olan Qarabağ bölgəsi bütün işğal dövründə Azərbaycanın suveren ərazisi olaraq qaldı. Suveren dövlətin ərazisi daxilində mövcudluğuna və davamlılığına əsaslanan bu prinsip əslində suveren dövlətlər sisteminin mahiyyətindən doğur. Onun inkar edilməsi beynəlxalq hüquqi suverenliyə ciddi zərbə olardı. Beynəlxalq hüquqi suverenlik isə Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsində tanınmasını ehtiva edir.
Nəbi Hacıyev-YAP Sabunçu rayon təşkilatının məsləhətçisi
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.
19-06-2025, 12:06
26-04-2025, 14:36
31-07-2025, 14:58
13-05-2025, 09:12
10-06-2025, 12:02