• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » AHİİTA-nın idman zalında şərait yaxşılaşdırılıb -Fotolar

  

AHİİTA-nın idman zalında şərait yaxşılaşdırılıb -Fotolar

Tarix : 15-09-2025, 10:58 Kateqoriya :---
AHİİTA-nın idman zalında şərait yaxşılaşdırılıb -Fotolar
 
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tabe təşkilatı Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasına (AHİİTA) məxsus idman zalında idmançıların yüksək səviyyədə hazırlıq keçməsi üçün müasir tələblərə cavab verən şərait yaradılıb.
 
Gənclər və idman naziri Fərid Qayıbov, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov, komitənin üzvləri, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, eləcə də üzv və tabe təşkilatların rəhbərləri, idmançılar və məşqçilər idman zalında yaradılmış şəraitlə tanış olublar.
 
Məlumat verilib ki, burada güləş, cüdo və boks üzrə məşqlərin keçirilməsi üçün müasir standartlara cavab verən üç idman zalı var. Zallar zəruri idman avadanlıqları və digər inventarlarla təchiz edilib. Həmçinin məkanda duş, paltardəyişmə, mətbəx, inzibati və köməkçi otaqlar mövcuddur. Ümumilikdə 540 kvadratmetr sahəni əhatə edən idman zalında yeni istilik sistemləri və kondisionerlər quraşdırılıb, həm əməkdaşlar, həm də idmançılar üçün gündəlik fəaliyyət və məşqlərin səmərəli təşkili üçün hər cür şərait yaradılıb.
 
Qeyd edək ki, AHİİTA həmkarlar ittifaqı üzvləri arasında sağlam həyat tərzinin təbliği, asudə vaxtın səmərəli təşkili, bədən tərbiyəsi və idmanda kütləviliyin artırılması istiqamətində layihələr həyata keçirir, müxtəlif idman növləri üzrə yarışlar təşkil edir.
Hazırda AHİİTA-nın tərkibində şahmat və zəka oyunları, güləş və fiziki hazırlıq bölmələri fəaliyyət göstərir.
 
2025-ci ilin ötən dövrü ərzində Assosiasiyanın idmançıları yerli və beynəlxalq yarışlarda ümumilikdə 246 medal qazanıblar.
 
Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında AHİİTA-nın idmançıları və məşqçi-müəllimləri ilə görüş keçirilib -Fotolar

    Azərbaycan Həmkarlar İttifaqları ...

    27-05-2025, 17:57

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • DİLİN İŞIĞINI QORUMAQ

    DİLİN İŞIĞINI QORUMAQ ...

    31-07-2025, 14:58

  • Kəngərli kəndinin birinci mərhələsinin açılışı oldu - Fotolar - Yenilənib

    Kəngərli kəndinin birinci mərhələsinin açılışı ...

    10-05-2025, 14:15

  • Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni

    Prezidentin Çin telekanalına müsahibəsinin - Tam ...

    26-04-2025, 14:36



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Xəbər arxivi

Sentyabr 2025 (34)
Avqust 2025 (40)
İyul 2025 (59)
İyun 2025 (49)
May 2025 (408)
Aprel 2025 (573)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.