• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » “Azərbaycanın yeniyetmə Koperniki”: Bakıdakı Britaniya Məktəbinin şagirdi Səid Məmmədov beynəlxalq olimpiadada qızıl medal qazanıb

  

“Azərbaycanın yeniyetmə Koperniki”: Bakıdakı Britaniya Məktəbinin şagirdi Səid Məmmədov beynəlxalq olimpiadada qızıl medal qazanıb

Tarix : 17-08-2025, 12:46 Kateqoriya :---
 
Əsasən dəqiq elmlər üzrə keçirilən beynəlxalq fənn olimpiadaları hər il dünyanın müxtəlif ölkələrinin evsahibliyi ilə təşkil olunur. Olimpiadalar iştirakçıların yaş məhdudiyyətinə, eləcə də formatına görə fərqlənirlər. Azərbaycan məktəbliləri 1992-ci ildən günümüzədək hər il bu mötəbər elm yarışlarında iştirak edirlər.
Kopernik Olimpiadası 2020-ci ildə ABŞ-nin Texas Ştatının Hyuston şəhərinə təhsil sahəsində beynəlxalq təcrübəyə malik pedaqoqlar tərəfindən təsis edilib. Kopernik adı bir vaxtlar Yerin Kainatın mərkəzi olduğuna dair iddianın əksinə olaraq, planetlərin Günəş ətrafında fırlanması ilə bağlı inqilabi nəzəriyyəni irəli sürən məşhur polşalı riyaziyyatçı, fizik və astronom Nikolay Kopernikdən götürülüb. Kopernik olimpiadasında dünyanın hər yerindən olan tələbələr fizika, astronomiya, təbiət elmləri və riyaziyyat üzrə öz bilik və bacarıqlarını sınaqdan keçirirlər. Azərbaycan ötən illər ərzində də olimpiadada yüksək səviyyədə təmsil olunub.
28 iyul 2025-ci il tarixdə ABŞ-nin Nyu-York şəhərində Kolumbiya Universitetində keçirilən 6-cı Beynəlxalq Kopernik olimpiadasında azərbaycanlı yeniyetmə riyaziyyatçılar fərqləniblər. “British School in Baku” məktəbinin VIII sinif şagirdi Məmmədov Səid Elxan oğlu əla nəticə göstərərək, universitetin sertifikatı ilə təsdiqlənən qızıl medal qazanmışdır.
 
 
Bu münasibətlə  Səid Məmmədovu, valideynlərini və oxuduğu məktəbin beynəlxalq təcrübəyə malik müəllim heyətini təbrik edir, daha böyük uğurlar arzulayırıq. İnanırıq ki, Səid gələcəkdə seçəcəyi ixtisas üzrə bacarıqlı mütəxəssis kimi yetişəcək, ölkəmizin tərəqqisinə layiqli töhfələr verəcəkdir.
Dərslərində fərqlənən məktəblilərimizə Azərbaycanı beynəlxalq olimpiadalarda təmsil etmələrini, biliklərini qlobal səviyyədə nümayiş etdirmələrini tövsiyə edirik. Bu olimpiadalarda uğurla iştirak etməklə gənclərimiz təkcə dünyanın nüfuzlu universitetləri tərəfindən tanınan beynəlxalq sertifikatlar əldə etmir, həm də başqa ölkələrdən olan eyni istedada malik həmyaşıdları ilə ünsiyyət və bilik mübadiləsi aparmaq imkanı qazanırlar.
 
 Ruslan
 
Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni

    Prezidentin Çin telekanalına müsahibəsinin - Tam ...

    26-04-2025, 14:36

  • ATİAHİ Respublika Komitəsi məktəbəqədər təhsil üçiləri və tələbələr üçün bayram düşərgəsi təşkil edib -Fotolar

    ATİAHİ Respublika Komitəsi məktəbəqədər təhsil ...

    22-03-2025, 16:10

  • Eldar Quliyev: “Cənab Prezident İlham Əliyevin müəyyən etdiyi və uğurla həyata keçirdiyi müstəqil xarici siyasət kursu Azərbaycanın nüfuz coğrfiyasının davamlı olaraq genişlənməsinə səbəb olub”

    Eldar Quliyev: “Cənab Prezident İlham Əliyevin ...

    16-04-2025, 10:29

  • DİLİN İŞIĞINI QORUMAQ

    DİLİN İŞIĞINI QORUMAQ ...

    31-07-2025, 14:58



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Xəbər arxivi

Sentyabr 2025 (40)
Avqust 2025 (40)
İyul 2025 (59)
İyun 2025 (49)
May 2025 (408)
Aprel 2025 (573)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.