• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Yerli pivəmiz “Xırdalan Premium Draft” beynəlxalq mükafata layiq görülüb

  

Yerli pivəmiz “Xırdalan Premium Draft” beynəlxalq mükafata layiq görülüb

Tarix : 17-08-2025, 10:08 Kateqoriya :---

Yerli pivəmiz “Xırdalan Premium Draft” beynəlxalq mükafata layiq görülüb


Azərbaycanın №1 pivə brendi Xırdalanın premium məhsulu olan “Xırdalan Premium Draft” Beynəlxalq Dad İnstitutu tərəfindən “Üstün Dad Mükafatı”na layiq görülüb. 

Mərkəzi Brüsseldə yerləşən Beynəlxalq Dad İnstitutu “International Taste Institute” hazırda dünyanın müxtəlif yerlərində olan nüfuzlu kulinariya institutlarından 250-dən çox aşpaz və sommelier ilə əməkdaşlıq edir. “Üstün Dad Mükafatı” (“Superior Taste Award”)qida və içki sənayesində dünya miqyasında tanınan bir mükafatdır. Bu mükafat, kor dadım əsasında, qablaşdırma və brend məlumatı olmadan qiymətləndirilən məhsulların görünüş, ətir, dad, tekstura və dadın qalıcılığı kimi beş əsas meyar üzrə yüksək keyfiyyət nümayiş etdirməsinə görə verilir.

Yerli arpadan hazırlanan “Xırdalan Premium Draft” – pasterizə olunmuş, konservantsız pivədir. Özəl soyuq bişim texnologiyası ilə mayaotu qoxulu lager pivəsi yumşaq və təkrarolunmaz dada malikdir. Azərbaycanda pivə həvəskarları arasında da sevilən “Xırdalan Draft Premium”un mükafatlandırılması onu dünyaya tanıdan təmiz dadınının və keyfiyyətinin göstəricisidir. 
Carlsberg Azerbaijan şirkətinin baş pivəbişirəni Pərviz Bağırov istehsal etdikləri pivənin beynəlxalq səviyyədə mükafatlandırılmasından qürur duyduqlarını diqqətə çatdırıb: “Ötən ilin əsas yeniliyi olan “Xırdalan Premium Draft” istehlakçılar arasında dərhal böyük marağa səbəb oldu. Qısa zaman ərzində böyük rəğbət qazandığı üçün məhsulu dünyanın ən nüfüzlü və tanınmış müsabiqələrindən olan Beynəlxalq Dad İnstitutuna göndərdik. Qürurverici haldır ki, ölkəmizdə yetişdirilən arpadan bişirilən “Xırdalan Premium Draft” Azərbaycan pivəsi  beynəlxalq səviyyədə mükafata layiq görüldü”.

Qeyd edək ki, Xırdalan pivəsinin istehsalçısı Carlsberg Azerbaijan şirkəti 2021-ci ildən pivə istehsalında yerli arpadan istifadə edir. 

Şirkət haqqında məlumat:

"Carlsberg Azerbaijan" pivə istehsalı zavodu Azərbaycanın paytaxtından 10 kilometr məsafədə yerləşən Xırdalan şəhərində yerləşir. Zavodun istehsal gücü ildə 8 mln dekalitrdir. Şirkətdə 230-dan çox əməkdaş işləyir və əlaqəli sahələrdə (təchizatçılar, pərakəndə satış, otel və restoran sektoru) 3000-dən çox iş yeri yaradılıb. Şirkətin zavodun inkişafına yatırdığı investisiyaların ümumi məbləği 75 milyon manata yaxındır. Şirkətin portfelinə "Xırdalan", "Carlsberg", "Tuborg", "Kronenbourg Blanc 1664", "Əfsanə" kimi məşhur markalar daxildir.

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni

    Prezidentin Çin telekanalına müsahibəsinin - Tam ...

    26-04-2025, 14:36

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • Sədaqət və mərhəmətin təcəssümü – Tibb bacısı Sevinc Hümbətova

    Sədaqət və mərhəmətin təcəssümü – Tibb bacısı ...

    12-05-2025, 12:26

  • İlham Əliyev və To Lam mətbuata birgə bəyanatla çıxış ediblər - YENİLƏNİB

    İlham Əliyev və To Lam mətbuata birgə bəyanatla ...

    7-05-2025, 21:08

  • Prezident Çinin Sinxua agentliyinə müsahibə verib

    Prezident Çinin Sinxua agentliyinə müsahibə verib ...

    21-04-2025, 23:56



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Xəbər arxivi

Sentyabr 2025 (40)
Avqust 2025 (40)
İyul 2025 (59)
İyun 2025 (49)
May 2025 (408)
Aprel 2025 (573)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.