• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Səttar Möhbalıyev: “Azərbaycanın təşəbbüskarı olduğu bağlılıq layihələri bütün region ölkələri üçün eyni dərəcədə əhəmiyyətlidir”

  

Səttar Möhbalıyev: “Azərbaycanın təşəbbüskarı olduğu bağlılıq layihələri bütün region ölkələri üçün eyni dərəcədə əhəmiyyətlidir”

Tarix : 21-07-2025, 18:32 Kateqoriya :---
Səttar Möhbalıyev: “Azərbaycanın təşəbbüskarı olduğu bağlılıq layihələri bütün region ölkələri üçün eyni dərəcədə əhəmiyyətlidir”
 
“İyulun 19-da Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumu öz işinə başlayıb. Həmin gün cənab Prezident İlham Əliyev Forum iştirakçılarının suallarını cavablandırıb. Bu il keçirilən Forum 52 ölkədən 140 qonağı, 30-a yaxın informasiya agentliyinin və 80 media qurumunun nümayəndələrini bir araya gətirib. Aparılacaq müzakirələr məhz medianın çağırışlar və imkanlar qarşısında müqavimətinin gücləndirilməsinə, o cümlədən rəqəmsal transformasiyanın təsirinə və müstəqil jurnalistikanın, sülhün, inkişafın, qarşılıqlı anlaşmanın daha da artırılmasına yönələcək. Möhtərəm dövlət başçımız qeyd edib ki, bu gün ən mühüm mövzuların mehriban şəraitdə açıq müzakirələrinə böyük ehtiyac var və bu məqsədə xidmət edən Şuşa Qlobal Media Forumu iştirakçılarının sayı getdikcə artır, coğrafi əhatə dairəsi daha da genişlənir. Forumun gedişində beynəlxalq ictimaiyyətin ölkəmizdə gedən proseslərə marağının getdikcə artması özünü aşkar şəkildə göstərir. Bununla bağlı cənab Prezident İlham Əliyev ona ünvanlanan sualları cavablandırarkən bildirdi ki, Azərbaycan öz inkişafının prioritet istiqaməti kimi faydalı qazıntılar sahəsini müəyyən etmir. Burada IT, aparıcı texnologiyalar sektoruna üstünlük verilir. Ölkəmiz süni intellektlə bağlı aparıcı şirkətlərlə artıq əməkdaşlıq edir. Regional inkişafa və regional əməkdaşlığa gəldikdə isə, bağlılıq layihələri prioritetdir və bu məsələ region ölkələri üçün eyni dərəcədə əhəmiyyətlidir.”
 
Bu fikirləri aia.az-a açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev səsləndirib.
 
Deputat həmçinin qeyd edib ki, Azərbaycanın çoxşaxəli beynəlxalq əlaqələri də Forum iştirakçılarının diqqət mərkəzində saxladığı məsələlərdən biridir: “Cənab Prezident İlham Əliyev Azərbaycan-Çin münasibətlərinin ən yüksək səviyyədə dinamik inkişaf etdiyini xüsusi vurğuladı. Bu da ölkəmizin çoxvektorlu xarici siyasətinin daha bir nümayişidir. Qeyd olundu ki, son iki ildə Azərbaycan və Çin rəhbərləri tərəfindən iki mühüm sənəd imzalanıb. Ötən il bu sənəd “Strateji tərəfdaşlıq haqqında Bəyanat”, bu il isə “Hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” olmuşdur. Bu sənədlər dövlətlərarası münasibətlərin ən yüksək formalarını əks etdirir. Çin Xalq Respublikası ilə bu səviyyədə qarşılıqlı etimada əsaslanan münasibətlərin qurulması Azərbaycanın uğurudur. Azərbaycanla Çin hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib. Azərbaycan açıq şəkildə bildirir ki, Çin Xalq Respublikasının Tayvan və digər məsələlər ilə bağlı mövqeyini dəstəkləyir. Artıq Çinin bir çox şəhərlərindən Azərbaycana və Azərbaycan ərazisindən Qərbə konteyner qatarları göndərilir. Bu qatarların sayı ildən-ilə hətta onlarla faiz artmaqdadır. Son dövrlərdə Azərbaycan həmçinin Çin şirkətləri ilə bərpaolunan enerji – Günəş və külək enerjisi sahəsində əməkdaşlığa başlayıb. Artıq müvafiq sazişlər imzalanıb və bu sahə də ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığa mühüm töhfə verəcək” – deyə, Səttar Möhbalıyev fikirlərini tamamlayıb.
Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Süni intellekt qətl və qurbanları qabaqcadan müəyyən edəcək - Yenilik

    Süni intellekt qətl və qurbanları qabaqcadan ...

    14-04-2025, 16:00

  • Eldar Quliyev: “Cənab Prezident İlham Əliyevin səyləri nəticəsində Azərbaycan açıq dənizə çıxışı olmayan ölkə olmasına rəğmən, Avrasiyanın vacib nəqliyyat qovşaqlarından birinə çevrilib”

    Eldar Quliyev: “Cənab Prezident İlham Əliyevin ...

    4-06-2025, 10:57

  • Eldar Quliyev: “Cənab Prezident İlham Əliyevin müəyyən etdiyi və uğurla həyata keçirdiyi müstəqil xarici siyasət kursu Azərbaycanın nüfuz coğrfiyasının davamlı olaraq genişlənməsinə səbəb olub”

    Eldar Quliyev: “Cənab Prezident İlham Əliyevin ...

    16-04-2025, 10:29

  • Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni

    Prezidentin Çin telekanalına müsahibəsinin - Tam ...

    26-04-2025, 14:36

  • “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda konfrans keçirilib -Fotolar

    “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə ...

    28-04-2025, 17:40



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Xəbər arxivi

Avqust 2025 (4)
İyul 2025 (59)
İyun 2025 (49)
May 2025 (408)
Aprel 2025 (573)
Mart 2025 (412)
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.