• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Əkinçi” qəzeti

  

Əkinçi” qəzeti

Tarix : 18-07-2025, 16:35 Kateqoriya :---

Əkinçi” qəzeti


22 iyul tarixi Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur və bu günün əsası məhz elə 1875-ci ildə Həsən bəy Zərdabinin böyük zəhməti ilə nəşr edilən “Əkinçi” qəzeti ilə qoyulmuşdur. “Əkinçi” yalnız bir qəzet deyildi-o, xalqın maariflənməsi, azad fikir və milli oyanış uğrunda atılan ilk möhtəşəm addım idi.
XIX əsrin ikinci yarısında Azərbaycanın milli mətbuatsız qalması xalqın dünyadan xəbərsizliyinin, cəhalətin hökm sürdüyünün ən açıq sübutlarından idi. Lakin Həsən bəy Zərdabinin əzmi və uzaqgörənliyi ilə bu susqunluq pozuldu. 22 iyul 1875-ci ildə ilk sayı işıq üzü görən “Əkinçi” qısa müddət ərzində maarifpərvər ziyalıların səsinə çevrilmişdi. Qəzet kənd təsərrüfatı, elm, təhsil, sosial problemlər və cəmiyyətin yenilənməsi mövzusunda maarifləndirici məqalələrlə dolu idi.
Zərdabinin məqsədi sadə idi: xalqı savadlandırmaq, onları mövhumatdan və gerilikdən ayırmaq, ana dilində oxuyub-yazmağı yaymaq.
“Əkinçi” qəzeti cəmi iki il fəaliyyət göstərdi və 56 sayı işıq üzü gördü. Amma bu qısa ömür ona milli mətbuat tariximizin əbədi qəhrəmanı adını qazandırdı. Qəzetin bağlanmasına baxmayaraq, onun başladığı yol “Ziya”, “Kəşkül” kimi digər nəşrlərlə davam etdirildi və maarifçilik hərəkatının genişlənməsinə zəmin yaratdı.
Bugün Azərbaycan mətbuatı Həsən bəy Zərdabinin əbədi ideyalarının davamçısıdır. “Əkinçi”nin hər səhifəsi bu torpağın maarif işığında nurlanması üçün yazılmış bir məktubdur.
22 iyulun Milli Mətbuat Günü kimi qeyd olunması sadəcə bir tarix deyil, bu xalqın azad düşüncə, maarifçilik və milli şüur yolunda atdığı ilk addımın yadigarıdır. “Əkinçi”nin mirası hər bir jurnalistin vicdanında bir işıq, hər bir oxucunun qəlbində bir ümid kimi yaşayır. Bugünkü mətbuatımızın əsas borcu-bu işığı sönməyə qoymamaqdır.

Rəvanə Kərimova,
Nəsimi Rayon Gənci.

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • Eltun Süleymanov: "Müasir dövrdə mətbuat milli maraqların qorunması, cəmiyyətin maariflənməsi və dövlətçilik ənənələrinin təbliği baxımından əvəzsiz missiya daşıyır"

    Eltun Süleymanov: "Müasir dövrdə mətbuat ...

    17-07-2025, 10:22

  • Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib

    Müasir dövrdə informasiya texnologiyalarının ...

    18-07-2025, 12:33

  • AZƏRBAYCAN DİLİNİN TARİXİ TƏRƏNNÜMÜNDƏ HEYDƏR ƏLİYEVİN ERUDUSİYASI

    AZƏRBAYCAN DİLİNİN TARİXİ TƏRƏNNÜMÜNDƏ HEYDƏR ...

    22-04-2025, 17:42

  • Sədaqət və mərhəmətin təcəssümü – Tibb bacısı Sevinc Hümbətova

    Sədaqət və mərhəmətin təcəssümü – Tibb bacısı ...

    12-05-2025, 12:26



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Xəbər arxivi

Avqust 2025 (4)
İyul 2025 (59)
İyun 2025 (49)
May 2025 (408)
Aprel 2025 (573)
Mart 2025 (412)
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.