• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Azərbaycanın Özbəkistana Minnətdarlığı: Kənd təsərrüfatında birgə layihələrə yeni nəfəs

  

Azərbaycanın Özbəkistana Minnətdarlığı: Kənd təsərrüfatında birgə layihələrə yeni nəfəs

Tarix : 8-07-2025, 16:24 Kateqoriya :---
Azərbaycanın Özbəkistana Minnətdarlığı: Kənd təsərrüfatında birgə layihələrə yeni nəfəs
 
Azərbaycan və Özbəkistan arasında möhkəmlənən dostluq və əməkdaşlıq münasibətləri son illərdə strateji səviyyəyə yüksəlib. Bu dostluğun bariz nümunələrindən biri kənd təsərrüfatı sahəsində həyata keçirilən birgə layihələrdir. Azərbaycan, xüsusilə pambıqçılıq və ipəkçilik sahəsində təcrübəsini və imkanlarını genişləndirməyə çalışarkən, bu sahələrdə böyük təcrübəyə malik olan özbək dostlarının dəstəyini yüksək qiymətləndirir. Özbəkistan uzun illərdir ki, kənd təsərrüfatı sahəsində – xüsusilə də pambıqçılıq və ipəkçilikdə – uğurlu təcrübəyə malikdir. Bu ölkənin zəngin bilik və təcrübəsi, müasir texnologiyalardan istifadə imkanları və elmi yanaşmaları Azərbaycan üçün də nümunə təşkil edir. Son dövrlərdə özbək mütəxəssislərinin verdiyi məsləhət yardımları, birgə təlim proqramları və texniki bilik mübadiləsi yerli fermerlərə yeni texnologiyaları mənimsəməyə və məhsuldarlığı artırmağa kömək edib. Bundan əlavə, özbək şirkətlərinin Azərbaycanda kənd təsərrüfatı sahəsinə – xüsusilə pambıqçılıq və ipəkçiliklə bağlı layihələrə qoyduqları sərmayə iki ölkə arasında iqtisadi əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir. Bu cür sərmayələr təkcə iqtisadi səmərə gətirmir, həm də kənd yerlərində məşğulluğun artmasına, yerli istehsalın güclənməsinə və ixrac imkanlarının genişlənməsinə şərait yaradır. Həmçinin, nəticədə ipəkçilik sahəsində yeni sahələrdə iş yerlərinin açılacaq, yüksək gəlirli ipək sənayesinin inkişafı, yerli sənətkarlıq və tekstil sektoruna xammal tədarükü artırılacaq. Pambıq – tekstil sektorunda xammal ixracından daha perspektivli tekstil məhsullarının istehsalına keçidə nail olmaq imkanı yaranacaq, emal sənayesi gücləndirilə, sənaye klasterlərinin inkişafına dəstək olacaq, yüksək texnologiyalı iş yerlərinin yaradılması və tərəfdaşlarla birlikdə Avropa bazarlarına çıxış əldə etmək imkanı yaranacaq.Azərbaycan tərəfi olaraq, bu dəyərli əməkdaşlığa və dostluğa görə özbək tərəfdaşlarımıza dərin minnətdarlığımızı bildiririk. İnkişaf etməkdə olan bu münasibətlər təkcə iki dövlətin deyil, bütövlükdə regionun rifahına töhfə verir. Əminik ki, qarşıdakı illərdə kənd təsərrüfatı sahəsində daha da irəliləmiş, innovativ və uğurlu layihələrlə birgə uğurlarımızın miqyası daha da genişlənəcək.
 
İlqar İlyasov
YAP Laçın rayon təşkilatının sədri
Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • İlham Əliyev və To Lam mətbuata birgə bəyanatla çıxış ediblər - YENİLƏNİB

    İlham Əliyev və To Lam mətbuata birgə bəyanatla ...

    7-05-2025, 21:08

  • Sədaqət və mərhəmətin təcəssümü – Tibb bacısı Sevinc Hümbətova

    Sədaqət və mərhəmətin təcəssümü – Tibb bacısı ...

    12-05-2025, 12:26

  • Prezident Çinin Sinxua agentliyinə müsahibə verib

    Prezident Çinin Sinxua agentliyinə müsahibə verib ...

    21-04-2025, 23:56

  • Eltun Süleymanov: "Qardaşlığın yeni mərhələsi və Azərbaycan-Özbəkistan münasibətlərində tarixi dönüş nöqtəsi"

    Eltun Süleymanov: "Qardaşlığın yeni ...

    3-07-2025, 11:54



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Xəbər arxivi

Avqust 2025 (4)
İyul 2025 (59)
İyun 2025 (49)
May 2025 (408)
Aprel 2025 (573)
Mart 2025 (412)
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.