• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Leyla Əliyevanın poetik dünyası” kitabının təqdimatı keçirilmişdir -Foto

  

Leyla Əliyevanın poetik dünyası” kitabının təqdimatı keçirilmişdir -Foto

Tarix : 2-07-2025, 22:23 Kateqoriya :---
Leyla Əliyevanın poetik dünyası” kitabının təqdimatı keçirilmişdir -Foto
 
İyunun 30-da Azərbaycan Yazıçılar Birliyi Natəvan klubunda tanınmış ədəbiyyatşünas alim, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru Salidə Şərifovanın şairə Leyla Əliyevanın poeziyasına həsr olunmuş “Leyla Əliyevanın poetik dünyası” kitabının təqdimatı keçirilmişdir. Ziyalılar, jurnalistlər, sənət adamlarının qatıldığı tədbiri giriş sözü ilə açan AYB-nin katibi, yazıçı-dramaturq İlqar Fəhmidən sonra söz alan tədbirin aparıcısı, AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, tənqidçi Əsəd Cahangir kitabın məziyyətlərini belə səciyyələndirmişdir: “Bu monoqrafiya filologiya elmimizə gözəl bir töhfədir. Amma kitab həm də dövlətçilik idellarımıza xidmət eləyir. ​Belə bir işi hasilə gətirmək həm məsuliyyətli, həm də şərəflidir. Leyla Əliyevanın poeziyasını hərətərəfli araşdırma predmetinə çevirən S.Şərifova onun fəlsəfəsi, obrazlar sistemi, bədii təsvir, dil-üslub xüsusiyyətləri, müxtəlif dillərə tərcümələri barədə müasir dünya filologiyası səviyyəsində söz deməyə nail olub. “Leyla Əliyevanın poetik dünyası” şairənin yaradıcılığına ilk monoqrafik yanaşmadır. İnanıram ki, müasir Azərbaycan filoloji düşüncəsinin yüksək elmi səviyyəsini bütün genişliyi ilə ortaya qoyan bu iş həm Leyla Əliyevanın yaradıcılığı, həm də ümumən müasir poeziyamız barədə gələcək tədqiqatlara öz təsirini göstərəcək” Təqdimat mərasimində söz alan AMEA-nın Prezidenti, akademik İsa Həbibbəyli, Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov, "VƏHDƏT" Partiyasinin sədri Adəm İsmayil Bakuvin adindan nümayəndə Tərlan Ərəbli ,Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu, AMEA Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri professor Asif Rüstəmli, kitabın rəyçiləri, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri Vüqar Əhməd və filologiya üzrə fəlsəfə doktoru Müşfiq Borçalı, AMEA Nizani adına Ədəbiyyat İnstitutunun elmi işcisi Mənzər Niyarlı, yazıçılar Kəmalə Abiyeva, Nüşabə Məmmədli və digərləri çıxış edərək, S.Şərifovanı bu təqdirəlayiq işinə görə təbrik eləmiş, gələcək fəaliyyətində ona uğurlar arzulamışlar.
 
Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Qalib Rəhimli-65 Həyat adamın keçdiyi yollarla dəyər qazanır

    Qalib Rəhimli-65 Həyat adamın keçdiyi yollarla ...

    10-03-2025, 16:04

  • Üç qurum ləğv olundu - Sərəncam

    Üç qurum ləğv olundu - Sərəncam ...

    4-04-2025, 12:34

  • Səttar Möhbalıyev: "Görkəmli alim, qayğıkeş ana olan Zərifə Əliyeva xalqımız tərəfindən hər zaman ehtiramla yad olunur"

    Səttar Möhbalıyev: "Görkəmli alim, qayğıkeş ...

    14-04-2025, 12:35

  • Aqiyə Naxçıvanlı – xalqının rifahına xidmətdə keçən ömür

    Aqiyə Naxçıvanlı – xalqının rifahına xidmətdə ...

    10-03-2025, 11:58

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Xəbər arxivi

Avqust 2025 (4)
İyul 2025 (59)
İyun 2025 (49)
May 2025 (408)
Aprel 2025 (573)
Mart 2025 (412)
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.