• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Kamaləddin Qafarov: “Azərbaycan ordusu regional sülhün və təhlükəsizliyin əsas qarantıdır”

  

Kamaləddin Qafarov: “Azərbaycan ordusu regional sülhün və təhlükəsizliyin əsas qarantıdır”

Tarix : 26-06-2025, 10:00 Kateqoriya :---
Kamaləddin Qafarov: “Azərbaycan ordusu regional sülhün və təhlükəsizliyin əsas qarantıdır”
 
“Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ölkəmizin dövlət müstəqilliyinin bəyan olunmasından az müddət sonra- 1918-ci il iyunun 26-da milli hökumətin qərarı ilə ilk nizami hərbi hissə olan Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Bu, əlbəttə ki, ordu quruculuğu istiqamətində atılmış ən vacib addımlardan biri idi. Buna görə də Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanı ilə həmin tarixi gün- 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və bu gün də həmin tarix ölkəmizdə rəsmi dövlət bayramı kimi qeyd edilir.”
 
Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
 
Deputat bildirib ki, Ümummilli Lider Heydər Əliyev hələ sovet dönəmində atdığı məqsədyönlü addımlarla bugünkü Azərbaycan Silahlı Qüvvələrinin əsasını yaradıb: “Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğalından və Cümhuriyyətin süqutundan sonra ölkəmizdə ordu quruculuğu sahəsində heç bir iş görülmürdü. Səbəb keçmiş SSRİ-nin siyasi rəhbərliyinin bunda maraqlı olmaması idi. Yalnız 1969-cu ildə, Ulu Öndər Heydər Əliyevin respublikada hakimiyyətə gəlişindən sonra Azərbaycanda hərbi kadrların hazırlanması prosesinə xüsusi diqqət yetirilməyə başlandı. Ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə öz xalqına misilsiz xidmətlər göstərmiş Ümummilli Lider qarşıya çıxan bütün çətinlik və maneələrə rəğmən 1971-ci ildə Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılmasına nail olmaqla, bugünkü qüdrətli ordumuzun formalaşmasına əvəzsiz töhfə vermiş oldu. Məhz Ulu Öndərin səyləri nəticəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə qəbulu, eləcə də keçmiş SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbulu mümkün oldu. Təəssüflər olsun ki, 1991-ci ildən sonra, müstəqilliyimizin ilk illərində o dövrdə ölkəyə rəhbərlik edən şəxslərin yol verdikləri ciddi nöqsanlar Azərbaycanda ordu quruculuğu işini də dərin böhrana saldı. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması ilə bu sahədə də mühüm irəliləyişlər əldə olundu. 1994-cü ilin may ayının 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs əldə olunduqdan dərhal sonra Azərbaycanda Milli Ordusunun formalaşdırılmasına start verildi. Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il fevralın 20-də Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzalamışdır. Akademiyanın təsis olunması hərb sahəsində milli kadr ehtiyatının formalaşması prosesinin keyfiyyət etibarı ilə yeni inkişaf mərhələsi sayıla bilər.”
 
K.Qafarov bu gün Azərbaycanın hərbi qüdrətinin durmadan artmasını ölkəmizdə davamlı olaraq həyata keçirilən uğurlu ordu quruculuğu işinin nəticəsi kimi qiymətləndirərək deyib: “Azərbaycan Silahlı Qüvvələri öz missiyasının ən vacib və ən şərəfli vəzifəsini 2020-ci ildə, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ savaşında tarixi qələbə əldə etməklə həyata keçirdi. Bundan üç il sonra isə ölkəmizin ərazi bütövlüyü və tam suverenliyi bərpa olundu. Bu gün də Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsi, müasir infrastrukturun yaradılması, hərbi qulluqçuların sosial müdafiəsi və mənzil təminatlarının yaxşılaşdırılması, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsi kimi məsələlər xüsusi diqqət mərkəzində saxlanılan prioritet istiqamətlərdir. Birmənalı olaraq demək lazımdır ki, 2003-cü ildən sonra ölkəmizdə ordu quruculuğu tamamilə yeni, keyfiyyətcə daha yüksək bir mərhələyə qədəm qoydu. Məhz bu mərhələdə Azərbaycan Ordusunun dünya hərb sənayesinin ən son texnoloji məhsulları ilə, ən müasir hərbi texnika ilə təchiz olunması geniş vüsət aldı. Bu gün də Azərbaycan dost ölkələrlə müdafiə və müdafiə sənayesi kimi sahələrdə əməkdaşlıq etməklə öz hərbi qüdrətini durmadan artırır və bununla da regional sülhün və təhlükəsizliyin təmin olunması məsələsində əsas qarant kimi çıxış edir”.
Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • Səttar Möhbalıyev: "Ölkənin hərbi qüdrətinin durmadan artması Azərbaycanda həyata keçirilən uğurlu ordu quruculuğu işinin nəticəsidir"

    Səttar Möhbalıyev: "Ölkənin hərbi qüdrətinin ...

    23-06-2025, 10:21

  • AZƏRBAYCAN DİLİNİN TARİXİ TƏRƏNNÜMÜNDƏ HEYDƏR ƏLİYEVİN ERUDUSİYASI

    AZƏRBAYCAN DİLİNİN TARİXİ TƏRƏNNÜMÜNDƏ HEYDƏR ...

    22-04-2025, 17:42

  • Səttar Möhbalıyev: "Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu müasir müstəqil Azərbaycan dövlətinin istənilən bir sahəsinin formalaşmasında və inkişfında müstəsna xidmətləri olub"

    Səttar Möhbalıyev: "Ümummilli Lider Heydər ...

    10-06-2025, 12:02

  • Müasir Azərbaycan dövlətinin qurtuluş və inkişaf dövrü xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır

    Müasir Azərbaycan dövlətinin qurtuluş və inkişaf ...

    21-06-2025, 11:31



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Xəbər arxivi

Avqust 2025 (4)
İyul 2025 (59)
İyun 2025 (49)
May 2025 (408)
Aprel 2025 (573)
Mart 2025 (412)
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.