• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası uşaqlar üçün master-klas təşkil edib -Fotolar

  

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası uşaqlar üçün master-klas təşkil edib -Fotolar

Tarix : 2-06-2025, 09:55 Kateqoriya :---
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası uşaqlar üçün master-klas təşkil edib -Fotolar
 
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar “Sən də hüquqlarını tanı” mövzusunda master-klas təşkil olunub.
AHİK-in Əmək və Sosial Münasibətlər Akademiyasının İxtisasartırma və Kadrların İnkişafı Mərkəzində keçirilən tədbirdə həmkarlar ittifaqı üzvlərinin övladları iştirak ediblər.
 
aia.az xəbər verir ki, əvvəlcə uşaqlara Akademiya haqqında məlumat verilib. Əmək və Sosial Münasibətlər Akademiyasının rektor vəzifəsini icra edən Yusif Ağayev azyaşlıları salamlayaraq onları bu əlamətdar gün münasibətilə təbrik edib.
 
Tədbirdə uşaq hüquq və azadlıqlarından danışılıb, onların qorunması istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlər barədə məlumat verilib.
Vurğulanıb ki, dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda uşaq hüquqlarının qorunmasına xüsusi əhəmiyyət verilir, onların sağlam, hərtərəfli, Vətənə layiqli övlad kimi böyümələri, təhsil almaları üçün hər cür şərait yaradılıb. Qeyd edilib ki, xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş uşaqlar dövlətimizin diqqətindədir. Həmçinin uşaqlara müstəqil, suveren, qalib Azərbaycanın vətəndaşı olaraq ölkəmizin gələcək inkişafı naminə çalışmaq, bunun üçün yaxşı oxumaq, biliklərə yiyələnmək tövsiyə olunub.
 
Tədbirdə uşaq hüquqları ilə bağlı təqdimat olub, dövlətimizin uşaqlara göstərdiyi diqqət və qayğıdan bəhs edən videoçarx nümayiş etdirilib. Eləcə də master-klasda iştirakçılara mövzu üzrə tapşırıqlar verilib, qrup işləri yerinə yetirilib.
 
Sonda iştirakçılara sertifikat və hədiyyələr təqdim olunub.
 
Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda konfrans keçirilib -Fotolar

    “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə ...

    28-04-2025, 17:40

  • Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyasında təlim mərkəzi fəaliyyətə başlayıb -Fotolar

    Azərbaycan Həmkarlar İttifaqları ...

    9-04-2025, 14:23

  • Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının akademiyası ilə BP arasında Memorandum imzalanıb -Fotolar

    Azərbaycan Həmkarlar İttifaqları ...

    13-05-2025, 10:01

  • Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası uşaqlar üçün Novruz şənlikləri keçirir -Fotolar

    Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ...

    21-03-2025, 17:09

  • Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzi fəaliyyətə başlayıb -Fotolar

    Azərbaycan Həmkarlar İttifaqları ...

    22-04-2025, 10:09



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Xəbər arxivi

İyun 2025 (26)
May 2025 (408)
Aprel 2025 (573)
Mart 2025 (412)
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.