• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Azərbaycan-Macarıstan – müstəqil siyasət aparan iki dost ölkədir

  

Azərbaycan-Macarıstan – müstəqil siyasət aparan iki dost ölkədir

Tarix : 24-05-2025, 12:49 Kateqoriya :---

Azərbaycan-Macarıstan – müstəqil siyasət aparan iki dost ölkədir
Azərbaycan ilə Macarıstan arasında diplomatik münasibətlər 1992-ci il aprelin 27-də qurulmuşdur. Bu münasibətdən sonra iki ölkə arasında rəsmi səfərlər və nümayəndə heyətlərinin mübadiləsi intensivləşdi. Macarıstan 2009-cu ildə Bakıda, Azərbaycan isə 2014-cü ildə Budapeştdə səfirlik açdı. O vaxtdan etibarən iki ölkə arasında siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlıq tədricən inkişaf etmiş və bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Azərbaycan və Macarıstan arasında yüksək səviyyəli səfərlər münasibətlərin inkişafına təkan verdi. Prezident İlham Əliyevin Macarıstana bir neçə dəfə etdiyi rəsmi səfərlər və Macarıstan Baş naziri Viktor Orbanın Azərbaycana səfərləri zamanı bir sıra mühüm sənədlər imzalandı. 2014-cü ildə Budapeştdə imzalanmış "Azərbaycan Respublikası ilə Macarıstan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə" münasibətlərin yeni mərhələyə keçidini təsdiqlədi.
Hazırda Azərbaycan ilə Macarıstan arasında ticarət və sərmayə əlaqələri genişlənməkdədir. Enerji, kənd təsərrüfatı, informasiya texnologiyaları və tikinti sahələri əməkdaşlığın əsas istiqamətlərindəndir. Macarıstan şirkətləri Azərbaycanın bərpa olunan enerji və infrastruktur layihələrində iştirak edirlər. Azərbaycan və Macarıstan arasında mədəniyyət, təhsil və elm sahələrində əməkdaşlıq uğurla inkişaf etməkdədir. Macarıstanda azərbaycanlı tələbələr təhsil alır, Azərbaycan isə macar tələbələr üçün təqaüd proqramları təqdim edir. Budapeştdə Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılması da bu sahədə əlaqələrin gücləndirilməsinə xidmət edir. Bundan başqa Azərbaycanın Avropaya enerji resurslarının nəqli məsələsində oynadığı mühüm rol Macarıstan tərəfindən yüksək qiymətləndirilir. Macarıstan Azərbaycanın "yaşıl enerji" təşəbbüslərinə dəstək verir və bu sahədə əməkdaşlıq perspektivləri genişdir.
2025-ci il mayın 20-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Macarıstan Respublikasına rəsmi səfəri zamanı Baş nazir cənab Viktor Orbanla baş tutan yüksək səviyyəli görüşü bu münasibətin daha dərinləşməsinə, iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə yol açdı. Görüşdən sonra keçirilən birgə mətbuat konfransında Prezident İlham Əliyev bəyanatla çıxış edərək Azərbaycan-Macarıstan münasibətlərinin dostluq və qarşılıqlı etimad üzərində qurulduğunu vurğuladı.
Altun İbrahimov-YAP Sabunçu rayon təşkilatının məsləhətçisi

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • İlham Əliyev və To Lam mətbuata birgə bəyanatla çıxış ediblər - YENİLƏNİB

    İlham Əliyev və To Lam mətbuata birgə bəyanatla ...

    7-05-2025, 21:08

  • Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni

    Prezidentin Çin telekanalına müsahibəsinin - Tam ...

    26-04-2025, 14:36

  • Prezident Çinin Sinxua agentliyinə müsahibə verib

    Prezident Çinin Sinxua agentliyinə müsahibə verib ...

    21-04-2025, 23:56

  • AZƏRBAYCAN DİLİNİN TARİXİ TƏRƏNNÜMÜNDƏ HEYDƏR ƏLİYEVİN ERUDUSİYASI

    AZƏRBAYCAN DİLİNİN TARİXİ TƏRƏNNÜMÜNDƏ HEYDƏR ...

    22-04-2025, 17:42

  • Pekində Azərbaycan-Çin sənədləri imzalandı - Fotolar

    Pekində Azərbaycan-Çin sənədləri imzalandı - ...

    23-04-2025, 10:45



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Xəbər arxivi

İyun 2025 (26)
May 2025 (408)
Aprel 2025 (573)
Mart 2025 (412)
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.