• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Eltun Süleymanov: "Ulu öndər Heydər Əliyevin siyasi irsi və strateji quruculuqdan müasir dövlətə doğru "

  

Eltun Süleymanov: "Ulu öndər Heydər Əliyevin siyasi irsi və strateji quruculuqdan müasir dövlətə doğru "

Tarix : 6-05-2025, 12:57 Kateqoriya :---

Eltun Süleymanov: "Ulu öndər Heydər Əliyevin siyasi irsi və strateji quruculuqdan müasir dövlətə doğru "

102 il əvvəl anadan olan Heydər Əliyev yalnız tarixi şəxsiyyət deyil – strateji düşüncə sahibi, müasir Azərbaycan dövlətinin memarı, sistemli idarəçiliyin və siyasi realizmin banisidir. Onun fəaliyyətinin analizi göstərir ki, Heydər Əliyevin siyasi kursu yalnız bir dövrün deyil, onilliklərin inkişaf trayektoriyasını müəyyən edən konsepsiyadır. 1969–1982-ci illərə diqqət yetirsək görərik ki, bu dövr sovet reallığında milli dirçəliş modelidir. Heydər Əliyevin Azərbaycan SSR-də rəhbərliyə gəldiyi 1969-cu ildə iqtisadiyyatda durğunluq, sosial sahələrdə gerilik hökm sürürdü. Lakin o, mövcud mərkəzləşdirilmiş sistemin imkanlarından maksimum istifadə edərək, Azərbaycanın iqtisadi və elmi potensialını artırdı. 1969–1982-ci illərdə Azərbaycan SSR-də sənaye məhsulu istehsalı 2 dəfədən çox artmış, 213 yeni sənaye müəssisəsi fəaliyyətə başlamışdı. Bu göstəricilər təsadüfi deyildi. Heydər Əliyevin kadr islahatları, texniki ixtisaslaşmaya verdiyi önəm və sosial infrastrukturun genişləndirilməsi məqsədyönlü siyasətin nəticəsi idi. Ulu öndər deyirdi: “İdarəçilik ilk növbədə məsuliyyət, sonra isə nəticədir”.

Bu sözləri aia.az-a açıqlamasında ictimai fəal Eltun Süleymanov deyib.

Müsahibimiz deyib ki, 1992–1993-cü illər ən ölkə ən ağır dövrünü yaşayırdı. Sistemli siyasi ideologiya yox idi. Ölkə bu vəziyyətdən necə xilas olacaqdı? Belə bir dövrdə Yeni Azərbaycan Partiyası yaradıldı və böyük bir siyasi sabitliyə aparan yol oldu. Yeni Azərbaycan Partiyası 1992-ci ildə təkcə bir partiya kimi deyil, yeni tipli siyasi ideologiyanın institusional ifadəsi kimi meydana çıxdı. Müxalifət düşərgəsindəki radikalizm və populizm fonunda YAP daha pragmatik, dövlətçilik yönümlü və strateji mövqe sərgilədi. Partiyanın əsasını təşkil edən 91 ziyalının çağırışı ilə Heydər Əliyevin rəhbərliyə gətirilməsi, siyasi düşüncədə milli təhlükəsizlik və dövlət sabitliyinin əsas prioritet kimi götürüldüyünü göstərdi. 1993–2003-cü illər isə dövlətin bərpası və sabitlik platforması kimi tarixə yazıldı. 1993-cü ildə ölkədə siyasi anarxiya və iqtisadi çokmələr yaşanırdı. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə siyasi sistem normallaşdı, 1995-ci ildə Konstitusiya qəbul olundu, hüquqi baza formalaşdı. 1993–2003-cü illərdə inflyasiya 1000%-dən 2%-ə enmiş, ÜDM 3 dəfə artmışdı. Ulu öndər deyirdi: “Qanunun aliliyi hər bir cəmiyyətin dayağıdır. Hüquq olmayan yerdə nə azadlıq var, nə də inkişaf.” Bu dövr, Heydər Əliyevin idarəetmə sistemini səmərəlilik və balanslı siyasi qərarlarla necə bərpa etdiyini sübut edir. Onun yaratdığı idarəetmə strukturu hələ də Azərbaycan dövlətçiliyinin təməlində dayanır. Ulu öndər Heydər Əliyevin diplomatik strategiyası Azərbaycanı beynəlxalq arenada tanınan və etibarlı tərəfdaşa çevirdi. 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” bunun qlobal əks-sədası olan sübutudur. 1994–2000-ci illər ərzində 30-dan çox ölkə ilə enerji və iqtisadi əməkdaşlıq müqavilələri imzalanmışdı. Neft müqavilələri yalnız iqtisadi əhəmiyyət daşımırdı. Bu müqavilələrlə Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq öz əraziləri üzərində suverenliyini tanıtdı. Ulu öndər deyirdi: “Biz neftə sahibik, amma onunla dünyaya sahib olmağa yox, onunla azadlığımızı qorumağa çalışırıq.” İqtisadi sahədə planlı inkişaf strategiyası həyata keçirildi. Bazar iqtisadiyyatına keçid mərhələsi ciddi sosial çətinliklərə baxmayaraq təhsil, səhiyyə və mədəniyyət sahələrində ardıcıl islahatlarla müşayiət olundu. 1995-ci ildə qəbul olunan “İqtisadi İslahatların Konsepsiyası” ilk dəfə olaraq dövlət səviyyəsində özəlləşdirmə, bank sisteminin qurulması və investisiya mühitinin formalaşmasını hədəf aldı. Bu sistemli yanaşma iqtisadi təhlükəsizliyi təmin etdi və gələcək inkişaf üçün dayanıqlı baza yaratdı. Ulu öndər Heydər Əliyev müstəqil dövlətin müdafiə qüdrətinin yalnız hərbi texnika ilə deyil, vətənpərvərlik ruhu, hüquqi baza və beynəlxalq əməkdaşlıqla təmin edilə biləcəyini vurğulayırdı. Deyirdi ki; “Azərbaycan əsgəri öz torpağına sahib çıxacaq gücdə olmalıdır.” Onun dövründə hərbi təhsil sistemi yenidən qurulmuş, Türkiyə ilə hərbi əməkdaşlıq müqavilələri imzalanmışdı. Bu bazanın üzərində qurulan ordu 2020-ci ildə Qarabağın azad olunmasında həlledici rol oynadı. Ümummilli lider Heydər Əliyevin siyasi kursu bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Regional enerji layihələrinin icrası, beynəlxalq arenada balanslı siyasət və Qarabağ Zəfəri həmin kursun davamlılıq göstəriciləridir. Bu kurs sadəcə keçmişə deyil, gələcəyə yönəlikdir. Onun prioritetləri – təhlükəsizlik, iqtisadi müstəqillik, milli ideologiya bu gün də dövlətin inkişaf vektorunu müəyyən edir. Ulu öndər Heydər Əliyev Azərbaycanın keçid dövründə xilasedici lider, postsovet məkanında müdrik siyasətçi, beynəlxalq aləmdə isə etibarlı tərəfdaş kimi yadda qaldı. Onun 102-ci ildönümünü qeyd etmək – təkcə tarixi xatırlamaq deyil, indiki dövlətin strateji mahiyyətini anlamaqdır-deyə E. Süleymanov fikrini tamamlayıb.

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • AZƏRBAYCAN DİLİNİN TARİXİ TƏRƏNNÜMÜNDƏ HEYDƏR ƏLİYEVİN ERUDUSİYASI

    AZƏRBAYCAN DİLİNİN TARİXİ TƏRƏNNÜMÜNDƏ HEYDƏR ...

    22-04-2025, 17:42

  • Eltun Süleymanov: "Azərbaycan dilinin dövlət dili kimi tanınması Ulu Öndər Heydər Əliyevin milli iradəni əks etdirən tarixi mövqeyidir"

    Eltun Süleymanov: "Azərbaycan dilinin dövlət ...

    18-04-2025, 16:22

  • Kənd təsərrüfatı məhsulları marketlərdə ikiqat bahadır?

    Kənd təsərrüfatı məhsulları marketlərdə ikiqat ...

    2-05-2025, 10:28

  • Eldar Quliyev: “Cənab Prezident İlham Əliyevin müəyyən etdiyi və uğurla həyata keçirdiyi müstəqil xarici siyasət kursu Azərbaycanın nüfuz coğrfiyasının davamlı olaraq genişlənməsinə səbəb olub”

    Eldar Quliyev: “Cənab Prezident İlham Əliyevin ...

    16-04-2025, 10:29

  • Aqiyə Naxçıvanlı – xalqının rifahına xidmətdə keçən ömür

    Aqiyə Naxçıvanlı – xalqının rifahına xidmətdə ...

    10-03-2025, 11:58



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Xəbər arxivi

İyun 2025 (26)
May 2025 (408)
Aprel 2025 (573)
Mart 2025 (412)
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.